Bank filialının müdiri barəsində cinayət işi məhkəməyə göndərilib

img

21-07-2014 [15:54]


Azərbaycanda bankın filial müdiri barəsində açılan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "RoyalBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) "Qazax” filialının vəzifəli şəxsləri tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaq zamanı 2008-2012-ci illərdə filialın müdiri vəzifəsində işləmiş Elmir Əsgərovun qulluq mövqeyindən istifadə edərək cəmiyyətin vəzifəli şəxsləri ilə əlbir olub Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən ASC-nin hesabına köçürülmüş pul vəsaitinin 150 min manatını kənd təsərrüfatı kreditlərinin verilməsi adı ilə digər şəxslərin adına sənədləşdirib mənimsəməklə "RoyalBank” ASC-yə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsində nəzərdə tutulan ittiham elan edilib.
İstintaq dövründə dəymiş ziyanın qismən ödətdirilməsi təmin olunub.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA