Bakıda 62 yaşlı kişi özünü körpüdən atdı - VİDEO + FOTO (Yenilənib)

img

31-07-2014 [16:27]


Paytaxtın Nizami rayonu ərazisində, metronun "Koroğlu” stansiyasının yaxınlığındakı körpüyə çıxan gənc oğlan özünü körpüdən atıb. Əraziyə cəlb olunmuş təcili yardım maşını ilə o dərhal 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb.

15:42
Bakıda intihar məqsədi ilə körpüyə çıxan 62 yaşlı Yusif Abbasov indi də özünü yandıracağını bildirib. Yusif Abbasov özünü yandırmaq üçün əlində benzin dolu qab götürüb.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, xilasedicilər, təcili tibbi yardım həkimləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Onu fikrindən daşındırmaq danışıqlar gedir.


***
15:34

Bakının Sabunçu rayonu ərasizində bir nəfər güc strukturlarını ayağa qaldırıb. ANS PRESS-in məlumatına görə, 62 yaşlı kişi "Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxaraq intihar etmək istəyir.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xialsediciləri cəlb olunub. Həmin şəxsin fikrindən daşındırmaq üçün işlər gedir.

Araşdırmalar zamanı həmin şəxsin kimliyi məlum olub. Bu Yusif Abbasovdur.

Yusif Abbasov özünü maddi durumunun çox aşağı olması və baxımsız qalması səbəbindən öldürmək istədiyini bildirib. Eyni zamanda onun bəzi güc strukturlarında şikayəti var.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA