“Avropa İttifaqı, NATO və ABŞ ilə sıx əməkdaşlıq dövlətçiliyimiz üçün önəmlidir!”

img

21-07-2014 [11:55]



 "NATO Əməkdaşlıq İnstitutu dövlətimizi Azərbaycanın hüdudlarından kənarda təmsil edən önəmli təşkilatlardan biridir”. Bunu mətbuata açıqlamasında NATO Əməkdaşlıq İnstitunun mətbuat katibi Ülkər Musazadə deyib. Onun sözlərinə görə, NATO Əməkdaşlıq İnstitutunun çoxşaxəli əməkdaşlıq proqramı dövlətimizin xarici siyasətində geniş prespektivlərə yol açır: "O üzdən hesab edirəm ki, Azərbaycan dövlət strukturları NATO Əməkdaşlıq İnstitutu ilə əməkdaşlıq etməlidir. Qeyd edim ki, bu gün Azərbaycanın Avropa Parlament Asambleyasında sədrliyi dönəmində NATO Əməkdaşlıq İnstitutu böyük prespektivlər vəd etməklə yanaşı, Azərbaycanın həm Avropa İttifaqında, həm də NATO Hərbi Aliyasnına üzvlüyü ilə bağlı məsələlərdə böyük səy göstərməkdədir. NATO Əməkdaşlıq İnstitutu dövlətimizin apardığı Avropaya inteqrasiya siyasi kursunu dəstəkləməklə yanaşı, Avropa ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına önəm verir. Ona görə də, hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi NATO Əməkdaşlıq İnstitutu ilə sıx əməkdaşlıq etməldir. Çünki, hər bir dövlət NATO-ya inteqrasiya yolunda bu cür təşkilatın fəaliyyətindən yararlanmaq istəyər. Misal üçün, bu gün qonşu İran NATO- kimi bir təşkilatın həmin dövlətlə bağlı hansı maraqlarının olmasını bilmək üçün NATO Əməkdaşlıq İnstitu kimi bir qrumun Avropada təmsil olunmasını arzu edərdi. Lakin Azərbaycanın Qərb üçün önəmini nəzərə alaraq, bu təşkilatın fəaliyyəti Azərbaycanın apardığı xarici siyasətinə yalnız və yalnız dəstək ola bilər. NATO Əməkdaşlıq İnstitutu rəsmi sürətdə dövlətimizin maraqlarını qorumaqla yanaşı, Avropa ölkələri ilə qurduğu əməkdaşlıq əlaqələrini Azərbaycanın xeyirinə istifadə etmək planını gerçəkləşdirmək şansını reallaşdırmaqdadır. Bir sözlə qeyd edim ki, Avropaya inteqrasiya yolunda Azərbaycanın apardığı xarici siyasətdə çoxşaxəli əlaqələri olan NATO Əməkdaşlıq İnstitutu kimi bir təşkilatın yardımına ehtiyac duyulur. NATO Əməkdaşlıq İnstitutu Azərbaycan hökümətini Avropaya və NATO-ya inteqrasiyada yaxından kömək etməyə hazırdır. Avropa İttifaqı, NATO və ABŞ ilə sıx əməkdaşlıq dövlətçiliyimiz üçün önəmlidir!”

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA