Britaniya XİN: "Putin uğursuzluğa düçar olmasa, işğalçı müharibələr geri qayıdacaq"

img

19-11-2024 [11:07]


"Sabah Putinin Ukraynaya vəhşicəsinə, tammiqyaslı işğalının 1000-ci günüdür. Həftə sonu biz Ukraynaya avqust ayından bəri ən böyük hava hücumu ilə ən son vəhşiliyi gördük, onlarla mülki şəxs ölüb və yaralanıb". 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri David Lammy ukraynalı həmkarı Andrii Sybiha Rusiya ilə Ukrayna arasında davam edən müharibənin 1000-ci günü ilə bağlı BMT-nin Nyu Yorkdakı qərargahında birgə keçirilən mətbuat konfransında deyib.

İngilis nazir bildirib ki, Ukrayna ilə bu müddətdə birlikdə hərəkət etmək əzmindən bir an olsun vaz keçməyiblər: "Ukraynanın Rusiyaya qarşı müqaviməti İngiltərə və Avropanın təhlükəsizliyi üçün də əhəmiyyətlidir. Putin uğursuzluğa düçar olmasa, işğalçı müharibələr geri qayıdacaq".

Zülfiyyə Mustafayeva

MİA.AZ
 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA