Naxçıvan MSK-nın üzvləri dəyişdi, yeni sədr seçildi - SİYAHI (Yenilənib)
17-11-2024 [15:15]
Naxçıvan Mərkəzi Seçki Komissiyasının vəfat edən sədrinin yerinə seçki olub.
Mia.az xəbər verir ki, noyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiqlənib. Bundan sonra Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının inzibati binasında yeni tərkibin ilk iclası keçirilib. Asim Əliyev Komissiyanın yeni tərkibdə ilk iclasını açıq elan edib və Çingiz Həsənli yekdilliklə Mərkəzi Seçki Komissiyasının sədri seçilib.
Ç.Həsənli qeyd edib ki, Komissiya bundan sonrakı fəaliyyətində də Ali Məclisə seçkilərin demokratik prinsiplər əsasında keçirilməsi və vətəndaşların seçki hüquqlarının qorunması üçün lazımi addımları atacaq, qanunvericiliyin tələblərini, dövlətimizin və dövlətçiliyimizin maraqlarını əsas götürəcək.
Sonra Ramil Orucəliyev Mərkəzi Seçki Komissiyası sədrinin müavini, Orxan Bağırov isə Mərkəzi Seçki Komissiyasının katibi seçilib.
***
Naxçıvan Muxtar Respublikası (MR) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri seçilib.
Mia.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin noyabrın 16-da keçirilən iclasında muxtar respublika MSK-nın yeni tərkibi formalaşdırılıb.
İclasda muxtar respublika MSK üzvlüyünə Orxan Rza oğlu Bağırov, Asim Yediyar oğlu Əliyev, Elşən Sadıq oğlu Heydərli, Çingiz Namizəd oğlu Həsənli, Ramil Əli oğlu Orucəliyev, Məlahət Oruc qızı Rüstəmova və Nicat Əsgər oğlu Yaqubovun namizədliyi irəli sürülüb.
Aparılan müzakirələrdən sonra irəli sürülən şəxslərin namizədliyi səsə qoyularaq qəbul edilib(Report).
Balakəndə ağır qəza: ölən və xəsarət alanlar var
İsrail İordan çayının Qərb Sahilində 531 hektar torpağı ələ keçirib
Milyonlarla izləyicisi olan tiktoker canına qıyıb - Səbəb gizlədilir
Şagirdlərin fərdi inkişaf trayektoriyası real vaxtda necə formalaşır? - Vahid Tağıyev yazır
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Qəzza yenidən bombalanıb: ölənər var
Ərdoğan iki ölkəyə xəbərdarlıq etdi: "Qara dənizdə Türk gəmilərinin vurulması...." - Türkiyə lideri Ermənistanla əlaqədən də söz açdı
Bakı 2026-cı il Dünya İdman Paytaxtı elan olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ərdoğanın silahdaşı aparıcılar haqda elə iddia irəli sürdü ki... - "Onlardan daha betəri var, əgər cinayət işi açılmazsa..."
Mürvət Həsənli İctimai Şuranın sədri oldu - KTN-də...
"Evdən iş" forması - Yeni qanun parlamentdə ilk oxunuşdan keçdi
Nərimanovda dərəbəylikdir - Şirkət sakinlərin istilik, elektrik və qaz xətlərini kəsib
Hakan Fidan ABŞ səfiri ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Volkan Dəmirəl istefaya göndərildi - Yeni təyinat oldu
General-mayor vəzifəsindən azad olunub
Mərc oyunları reklamı qadağan olunacaq - Türkiyədə
Prezident İlham Əliyev amnistiya elan edib - Nə qədər məhkum azad olunacaq? (YENİLƏNİB)
Azərbaycan və Türkiyə arasında yeni anlaşma: nələr olacaq? - TƏHLİL
Cəmil Həsənli növbəti dəfə istintaqa çağırıldı
Xətaidə pirotexniki vasitə satan şəxs saxlanıldı
Deputatlar bu tarixdə toplanacaq
"Fənərbağşa"dan ayrılan məşhur hücumçu yeni kluba keçir
Qənimət Zahidə ittiham aktı elan olunub - Məhkəmə prosesi
Deputat: "Ət ala bilməyən minlərlə ailə var, şadlıq evlərində isə tonlara kabab zibilə atılır"
Vergi Məcəlləsinə dəyişiklik olunub - DETALLAR
Bu xidmətlərdən dövlət rüsumu tutulmayacaq - Yeni qanun
Xocalının daha iki kəndinə köç olub
Sabah yağış yağacaq
Tramp BBC-dən 5 milyard dollar tələb edir - Məhkəmə qəlmaqalı
İrandan Azərbaycana 31 kq narkotik keçirənlər saxlanılıb
Generalın yerinə polkovnik təyin olunacaq? - Yeni iddia yayıldı
İndoneziyada fəlakət: hələ də 206 nəfəri cəsədi axtarılır
Azərbaycan və Türkiyə arasında daha bir Anlaşma ratifikasiya edilib
Partiya sədri: "...niyə onların sürücü və katibəsi olmalıdır?" - "Belə bir sistemə keçsək, məmurların bir çoxu acından oboy yeyər..."
Pakistanda zəlzələ - 5.2 bal gücündə
Meksikada təyyarə qəzaya düşüb - Ölənlər var, itkin düşənlər var
Avropa Məhkəməsi Gültəkin Hacıbəyliyə "yox" dedi - Ərizə rədd edilib