Deputat camaatı qınayıb: "Cərimələr aşağı olanda, rahat davranırlar"

img

05-11-2024 [11:49]


Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Modern.az-a müsahibə verib. 

Mia.az onunla müsahibədən yalnız maraqlı hesab edilən bir detalını oxucularına təqdim edir:

Küçəyə zibil atmaya və sairə görə cərimələr artırılır. Bunun fayda verəcəyini düşünürsünüzmü?

- Qüvvədə olan qanunvericiliyə görə, məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Kifayət qədər azdır.

...Təcrübə onu göstərir ki, cərimələr aşağı olanda insanlar daha rahat şəkildə davranırlar. Bu cərimələrin artırılmasında məqsəd həmin o inzibati pozulmaların qarşısının alınması, yəni ətraf mühitə atılan tullantıların miqdarının azaldılması olub.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 07.12.2024

Sabah yağış yağacaq