Qurban Qurbanov: "Ayaks"ın futbolun böyüməsində çox payı olub"

img

23-10-2024 [13:57]


"Çox vacib matçdır".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında Niderlandın "Ayaks" komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis tanınmış kluba qarşı oynayacaqlarını bildirib: "Rəqib dünya futbolunda tanınır. "Ayaks"ın futbolun böyüməsində çox payı olub. Qarşılaşmaya pis hazırlaşmamışıq. Futbolçuların hazırlıq səviyyəsi pis deyil, istəklidirlər. Azarkeşlərin razı qalacağına inanıram. Bu da bizim üçün önəmlidir".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin III turuna təsadüf edən "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA