Bakı metrosunda bədbəxt hadisə

img

16-07-2014 [11:18]


Bu gün səhər 08.15 radələrində Bakı metrosunda bədbəxt hadisə qeydə alınıb. Metronun "28 May” stansiyasında qatar gözləyən 30 yaşlı gəncin ayağı qatarla platforma arasında qalıb.

İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, stansiyada olan bələdçilərin çağırışı ilə polis əməkdaşları gəncə ilk yardım göstərib. Ayağından xəsarət alan gənc özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Polis əməkdaşlarının köməyi ilə gənc stansiyadan çıxarılaraq təcili tibbi yardım maşınına aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA