ANS-in əməkdaşı qəzada öldü

img

14-07-2014 [16:26]


İyulun 13-də saat 13 radələrində Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Bakı şəhər sakini İsmət Feyzullayev idarə etdiyi "MAZ” markalı avtomobili aşırıb. 

Musavat.com Daxili İşlәr Nazirliyinin saytına istinadәn xәbәr verir ki, İ.Feyzullayev və sərnişini, oğlu Arif xəstəxanaya yerləşdirilib. Hәkimlәr İsmәt Feyzullayevin hәyatını xilas elәyә bilmәyiblәr vә o, xәstәxanada dünyasını dәyişib.

Musavat.com-un әldә etdiyi mәlumata görә, İsmәt Feyzullayev ANS-in әmәkdaşıdır. O, sürücü vәzifәsindә çalışırdı. 

MAZ markalı avtomobilin ANS Şirkәtlәr Qrupuna, yoxsa dünyasını dәyişәn sürücüyә mәxsus olması ilә bağlı mәlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA