Ərinin sözünə baxmayan arvad qanına qəltan edildi

img

16-07-2014 [11:12]


Bakının Binəqədi rayonunda 65 yaşlı kişi 47 yaşlı arvadını bıçaqlayıb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1949-cu il təvəllüdlü Şahlar Məlikov arvadı 1967-ci il təvəllüdlü Mətanət Əliyeva ilə ailə münaqişəsi zəmnində dalaşıb. Mübahisəyə qadının kişinin sözünə baxmaması səbəb olub.

Mübahisə zamanı əsəblərini cilovlaya bilməyən Şahlar Məlikov arvadına bir neçə bıçaq zərbəsi vurub. Daha sonra hadisə yerindən qaçıb.

Ağır yaralanan qadın xəstəxanaya yerləşdirilib. Arvadını qanına qəltan edən kişini isə Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşları tutub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA