16-07-2014 [11:01]
Son dövrlər həm mətbuatda, həm də ictimai-siyasi dairələrdə 2015-ci il parlament seçkilərinin fərqli müstəvidə keçiriləcəyi barədə müzakirələr gedir.
Bunu Qərbin Azərbaycan hakimiyyətinə qarşı daha sərt mövqe tutması və ondan demokratik seçkilərin keçirilməsi tələbini etməsi ilə əlaqələndirirlər. Məhz, bu səbəbdən də 2015-ci ilin payızında keçiriləcək seçki-lərdə hazırkı deputat korpusunun 60-70 faizinin dəyişəcəyi bildirilir. Xüsusən də dəfələrlə mandat sahibi olan bəzi şəxslərin deputat kürsüsündə əyləşə bilməyəcəyi qətiləşib. Təbii ki, mandatını itirəcək deputatların sı-rasında həm də biznesmen kimi tanınanlar çoxluq təşkil edəcək.
Qeyd edək ki, bu iki kateqoriyaya uyğun gə-lən deputatlardan biri Hacı Madər Musayevdir. M.Musayev 1990-cı ildən nə az, nə çox düz beş dəfə eyni dairədən deputat seçilib.
MİA-nın məlumatına görə, artıq M.Musayev sonuncu deputatlıq dönəmini yaşayır. 2015-ci ildə parlamentin qapıları onun üzünə qapadılacaq. Bldirilir ki, biznesmen-deputat da karyerasının üzərini "qara bulud"ların almasından xəbərdardır. Ona görə də 2015-ci ildə mandat almaq üçün müxtəlif varianlara əl atıb. Amma ha-kimiyyətdə söz sahibi olan qruplaşma rəh-bərlərinin ona "yox" cavabı verməsi M.Musayevi başqa kanal axtarmaq məcburiyyətində qoyub. Aldığımız məlumata görə, millət vəkili eks-prezident Ayaz Mütəllibovdan yardım istəyib. "Bildiyiniz kimi, Mütəllibov artıq hakimiyyətlə bütün problemlərini həll edib. Hətta hazırda hakimiyyətin əsas güc mərkəzlərindən olan qruplaşmalarla daha sıx münasibətdədir. Madər Musayev də bu-nu bildiyindən Mütəllibovdan növbəti dəfə mandat almaq üçün yardım istəyib. Məndə olan məlumata görə, Mütəllibov ona siyasi proseslərə qarışmaq istəmədiyini, amma müəyyən cəhdlər edəcəyinə söz verib", - deyə mənbə bildirib.
Qeyd edək ki, son dövrlər sahibkarlıqla məşğul olan şəxslərin seçkili qurumlarda təmsil olunması ilə bağlı narazılıqlar var. Bu səbəbdən də Bakıda böyük biznes qu-rumlarına sahib olan M.Musayevin adı müəyyən qalmaqallarda hallanır. Son bir neçə ayda "Favorit" marketlər şəbəkəsinin millət vəkili Madər Musayevə məxsus olndu-ğu da iddia edilir. Onun Binəqədi rayonun-dan deputat seçilməsi və həmin marketlər şəbəkəsinin daha çox Binəqədi rayonu ərazisində fəaliyyət göstərməsi bütün diqqəti onun üzərinə yönəldib. Yayılan məlumatlara görə, Madər Musayevə məxsus "Favorit" marketlər şəbəkəsi 2013-cü ilin avqustundan fəaliyyətə başlayıb. Ancaq bu günlərdə deputat mətbuata açıqlama verərək, onun heç bir marketlər şəbəkəsinin olmadığını bəyan etdi. Ancaq bizi bilgiləndirən şəxs iddia edir ki, sözügedən marketlər şəbəkəsi M.Musayevə məxsusdur, sadəcə, yaxın adamlarının adına sənədləşdirilib: "Madər Musayev hələ sovet dövründən bizneslə məşğuldur. Onun nə qədər böyük imkanlara malik olduğunu çox adam bilir. Beş dəfə deputat seçilməsi də məhz bununla bağlıdır. Çünki o, yuxarıların tapşırığı ilə hər zaman böyük xərcli tədbirləri maliyyələşdirir".
Məlumata görə, M.Musayevin Binəqədi ra-yonunda - 9-cu mikrorayonda ikimərtəbəli bir ofisi də var: "İki mərtəbə və zirzəmidən ibarət olan bu ofisdə olanlar onun "Kurtlar vadisi"nin məşhur baronu Mehmet Kara-hanlının dəbdəbəli ofisinə bənzədiyini deyirlər. O müdhiş auralı ofisə Madər Musayevin çox yaxın ətrafı gəlib-gedir. Orda hansı məsələlərin müzakirə olunduğunu deyə bilmərəm, amma bildiyimə görə, siyasətdən kənar məsələlər məhz orda həll olunur".
Onu da nəzərə çatdıraq ki, M.Musayevin adı başqa bir qamlaqalda da hallanır. Mətbuatın yazdığına görə, Quba rayon Qimil-Qaz-ma kənd sakini Bəhruz Bünyədəli oğlu Rəhimovun xüsusi torpaq sahəsini iki deputat qanunsuz şəkildə zəbt edib. Şikayətçi bildirir ki, ona məxsus torpaq saxta sənədlərlə deputatlara verilib. Saxta sənədlər "Azəryolservis" ASC-nin rəhbəri, millət vəkili Cavid Qurbanovun oğlu Şəmşir Qurbanovun və Milli Məclisin deputatı Madər Ələsgər oğlu Musayevin adınadır. Ancaq bildirilir ki, hər hansı bir alqı-satqı olmayıb. Elə bu sə-bəbdən də deputatlar arasında pay-puş edilən torpağın əsl sahibi Bəhruz Rəhimov onları məhkəməyə verib. Ancaq hələ də deputatlarla bağlı hər hansı tədbir görülməyib.
Şikayətçinin sözlərinə görə, həmin ərazidə deputatlar dəbdəbəli villalar tikdirib. Həmin ərazidə Hacı Madər Musayev, Cavid Qurbanov və Əbülfəs Qarayevin qonşu ol-duqları bildirilir.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
MİA.az
Pakistanda sərnişin avtobusu aşıb: 20 nəfər ölüb
Şimali Koreya xaricdən tələbələrin ölkəyə girişinə icazə verdi
DEPUTATLAR TOPLANIR: hansı qanunlar dəyişir? - SİYAHI
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi Bakı-Novorossiysk şimal ixrac neft boru kəmərində təlim keçirib - FOTO
Rəsmi Moskva: "Makronun açıqlamaları təhlükəlidir" - "Rusiya əsgərləri ABŞ bazasına yerləşdirilir"
COP29.az vebsaytı istifadəyə verilib
İcra başçısını güllələyənlə bağlı daha bir qərar verildi
Türkiyə klubu zəlzələdə ölən futbolçunun pulunu ailəsinə ödəməyib
Gömrük Komitəsində əməliyyat: rəis istintaqa cəlb olunub (Yenilənib)
General Kərəm Mustafayev İranda - Hərbi əməkdaşlıq və...
Ceyhun Bayramov Qambiyaya gedib
Erməni mediası niyə qorxuya düşüb? - TƏHLİL
GÜRCÜSTANDAKI GƏRGİNLİYİN GÖRÜNMƏYƏN TƏRƏFLƏRİ: "Əliyev hər kəsə göstərdi ki, Putinlə anlaşmaq mümkündür"
ABŞ müdafiə naziri: "Qəzzada bizim əsgərlərimizə hücum gözləmirəm"
Sabah hava necə olacaq? - Proqnoz
XİDMƏT RƏİSİ HƏBS OLUNUB - 2.2 milyonluq mənimsəmə ittihamı ilə
İlham Əliyev Polşa prezidentinə məktub göndərib - MƏTN
Növbədənkənar parlament seçkisi: nə vaxt olacaq? - Açıqlamalar
"GƏNCƏDƏ SAQQALLILAR və ÇAYQIRIQLILAR DEYİLƏN DƏSTƏLƏR VAR" - "...tüfəngi götürüb özünü güllələyəndən sonra qaçıb gediblər” (VİDEO)
Keniyada daşqın: 188 nəfər ölüb, 90 nəfər yoxa çıxıb
İçərişəhərə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib - Müzakirə + FOTO
Sertifikasiya imtahanları haqda - Açıqlama
Vəzifəli şəxslərə cinayət işi açıldı - Rəsmi məlumat (TƏFƏRRÜAT)
Sabiq nazir xaricdəki bahalı mənzillərindən və YAP-a üzv olmamasından danışdı: "Mənə qarşı kampaniyanın arxasında kimin durduğunu bilirəm..."
"Rabitəbank”ın sabiq sədr müavini 735 min dollara mənzil alıb - Evin daxilindən FOTOLAR
Braziliyada güclü sel: ölənlərin sayı 29-a yüksəlib, 60-dan çox insan isə itkin düşüb
"Bu evlər heç bir təbii fəlakətə dözümlü deyil” - Ekspert (VİDEO)
Türkiyədə daha bir FETÖ əməliyyatı: 30 nəfər saxlanılıb
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək