Ərin arvadını öldürməsinin müdhiş səbəbi - VİDEO

img

15-07-2014 [14:10]


36 yaşlı Ərəstun İsgəndərov həyat yoldaşını qətlə yetirib.

ANS TV-nin məlumatına görə, hadisə Ağcabədi rayon Qarabağ küçəsi ev 17 ünvanında baş verib. 36 yaşlı Ərəstun İsgəndərov doğma əmisi qızı olan həyat yoldaşı Lalə İsgəndərovaya iki bıçaq zərbəsi vurub. Sinə nahiyəsindən bıçaq xəsarətləri alan Lalə İsgəndərova hadisə yerindəcə dünyasını dəyişib. Qətli törətdikdən sonra Ərəstun İsgəndərov Ağcabədi rayon Polis Şöbəsinə gələrək təslim olub. İlkin ifadəsində o həyat yoldaşının onu aldatdığına görə qətlə yetirdiyini deyib. Hadisə ilə bağlı suallarımıza mərhumun ailəsindən cavab almağa çalışsaq da danışmaq istəmədilər.

Ağcabədi rayon Prokurorluğundan da hadisənin qısqanclıq zəminində baş verdiyini təsdiqlədilər.

Ağcabədi rayon Prokurorluğunun böyük müstəntiqi Şahin Şükürov bildirdi ki, İsgəndərova Lalənin zorakı xəsarətlərlə öldürülməsi öz təsdiqini tapıb. Onların rəsmi nikahları olmasa da evli olublar və iki azyaşlı uşaqları vardı.

Hazırda 28 yaşlı Lalə İsgəndərovanın qətli ilə bağlı Ağcabədi rayon prokurorluğunda cinayət işi açılıb. Fakt üzrə araşdırma aparılır.






Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA