“Qarant Sığorta”nın xanım yetkilisi öldürüldü

img

11-07-2014 [17:59]


"Qarant Sığorta”nın İdarə Heyətinin xanım üzvü qətlə yetirilib. Bu barədə "Moderator.az”a Nəsimi Rayon Polis İdarəsi məlumat verib. Məlumata görə, polis və FHN əməkdaşları tərəfindən "Qarant Sığorta” əməkdaşının mənzilinə baxış zamanı Əliyeva soyadlı xanımın üzərində zorakılıq əlamətləri olan meyidi aşkarlanıb.
Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.
"Qarant” holdinqin hüquqşünası Ruslan Məmmədov faktı "Azadlıq” qəzetinə təsdiqləyib. Bildirib ki, "Qarant Sığorta”nın işçisi Natəvan Əliyeva iyulun 11-də işə gəlməyib. Maraqlanıblar, bəlli olub ki, mənzilində qətlə yetirilib. Hüquqşünas hadisə barədə əlavə məlumatları olmadığını, qətlin nə səbəbdən baş verdiyini bilmədiklərini, faktla bağlı hazırda hüquq-mühafizə orqanlarının araşdırma apardığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA