TÜRKİYƏDƏ MÜZAKİRƏYƏ SƏBƏB OLAN 4 MADDƏ: dəyişəcək, yoxsa...? - TƏHLİL
14-10-2024 [16:47]
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş deyib ki, Konstitusiyanın toxunulmaz ilk dörd maddəsindən üçüncüsü dəyişdirilməlidir. Onun bu açıqlaması ölkədə rezonans doğurub.
Türkiyənin azadlıq mübarizəsindən sonra müstəqilliyinin ilk zamanlarından qəbul olunan Konstitusiyada ilk dörd maddənin dəyişməz olduğu konkret şəkildə vurğulanır. Bu səbəbdən təklif Türkiyə ictimaiyyətinin sərt reaksiyasına səbəb olub.
Əslində N.Kurtulmuşun təklifi ilk belə hal deyil. AKP iqtidarı son 10 ildir Türkiyədə ümumi mənada konstitusiya ilə bağlı dəyişikliyə ehtiyacın olduğunu dilə gətirir, amma tamamilə yanlış anlaşılır. Məsələ ondadır ki, Türkiyə Cümhuriyyətinin Konstitusiyası 1924-cü il 20 aprel tarixində TBMM-də qəbul edilib. Bununla belə, konstitusiya bir neçə dəfə, özü də qanusuz şəkildə, xalq iradəsi olmadan dəyişikliyə məruz qalıb. Bu hadisə Türkiyə Silahlı Qüvvələrinin (TSQ) 1960 və 1980-ci illərdə iki hərbi çevrilişindən sonra baş verib. 1971 və 1997-ci illərdə isə TSQ hökuməti istefaya məcbur edib.
Mövcud AKP hakimiyyəti əslində bunu əsas gətirərək Konstitusiyada dəyişikliyin olmasını təklif edir. Bununla belə nə olur olsun, Türkiyə konstitusiyasının ilk 4 bəndi dəyişdirilə bilməz. AKP istəsə də, istəməsə də bu mümkün deyil.
Həmin 4 bənd bunlardır:
Maddə 1. Türkiyə Dövləti bir Cümhuriyyətdir.
Maddə 2. Türkiyə Cümhuriyyəti cəmiyyətin əmin-amanlığı, milli həmrəylik və ədalət anlayışı daxilində, insan hüquqlarına hörmət edən, Atatürk milliyyətçiliyinə bağlı, başlanğıcda qeyd olunan əsas prinsiplərə əsaslanan, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir.
Maddə 3. Türkiyə Dövləti ölkəsi və milləti ilə bölünməz bir bütündür. Dili türk dilidir. Bayrağı, formasını qanunla müəyyən edilmiş, ağ ay-ulduzlu qırmızı bayraqdır. Milli marşı “İstiqlal Marşı”dır. Paytaxtı Ankaradır.
Maddə 4. Konstitusiyanın 1-ci maddəsindəki Dövlətin formasının Cümhuriyyət olduğu ilə bağlı müddəalar ilə, 2-ci maddəsindəki Cümhuriyyətin keyfiyyətləri və 3-cü maddəsi müddəaları dəyişdirilə bilməz və dəyişdirilməsi təklif edilə bilməz.
İndi isə TBMM sədrinin nə dediyinə baxmaq lazımdır. O, deyib ki:
“Türkiyənin irəlidəki müddətdə ən vacib məsələlərindən biri də yeni Konstitusiyanın hazırlanmasıdır. Dövlət millətin işlərini yaxşı idarə etmək üçün qurulan bir mexanizmdir. Buna uyğun olaraq Konstitusiyada millətin ehtiyacları dilə gətirilməldir. Məsələn, “dövlətin milləti və ölkəsi ilə bölünməz bütövlüyü” ifadəsi doğrudur, amma qeyd etdiyim istiqamətdən baxdıqda dəyişdirilməsinə ehtiyac var. Çünki dövlətin ölkəsi, milləti olmaz. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Yeni konstitusiyada bu məsələyə diqqət edilməli olduğunu düşünürəm”.
Göründüyü kimi, müəyyən dairələr N.Kurtulmuşun sözlərini məqsədyönlü şəkildə ya təhrif edir, ya da yanlış təəssürat yaratmaq üçün istifadə edir. Əslində, o, demir ki, 3-cü maddə dəyişdirilməlidir. Bildirir ki, “dövlətin ölkəsi, milləti olmaz”. Konstitusiyadakı bu mətn “millətin dövləti və ölkəsi ilə bölünməz bütövlüyü” formasında ifadə edilməlidir. Bu, əslində, doğru yanaşmadır. N.Kurtulmuş konkret maddənin dəyişdirilməsini qeyd etmir, sadəcə ifadə dəyişikliyi təklif edilir.
O ki qaldı yeni konstitusiya məsələsinə, burada qeyri-adi heç nə yoxdur. Əlində, Türkiyə tarixinə baxdıqda qanunların dəyişdirilməsi o qədər də qeyri-adi hadisə deyil. Misal üçün Osmanlı şəriət əsaslı dövlət olsa da, dünyəvi qanunları Osman Qazi və Orxan Qazi dövründən qəbul edilməyə başlayıb. Bu qanunlara Fateh Sultan Mehmetə qədər hakimiyyətdə olan sultanlar yenilərini əlavə edib. Fateh Sultan Mehmedin İstanbulu fəthindən sonra başda vərasət qanunu olmaqla, qanunlar əsaslı surətdə yenilənib. Onun oğlu İkinci Bəyazid isə bu qanunları daha da təkmilləşdirib.
Kanun-i Esasi Nedir? Kanuni Esasi Maddeleri ve Özellikleri Nelerdir?
Sultan II Əbdülhəmid və “Qanuni əsasi”
“Qanuni” ləqəbli Sultan Süleyman dövrün tanınmış üləmalarından Əbusuud Əfəndi ilə birlikdə qanunları yenidən əsaslı surətdə təkmilləşdirərək yeniləyib. Daha sonra isə Sultan I Əhməd yenidən vərasət qanunu başda olmaqla, dəyişiklik edib. 18-19-cu əsrlərdə isə III Əhməd və I Mahmud, III Səlim, II Mahmud kimi sultanlar Osmanlının ilk rəsmi konstitusiyası olan “Qanuni əsasi”nin bazasını formalaşdıran qanunları qəbul edib. Sultan II Əbdülhəmid dövründə 1878-ci ildə yuxarıda qeyd etdiyim Osmanlının ilk konstitusiyası olan “Qanuni əsasi” qəbul edildi. Bu konstitusiya 1924-cü il 20 aprel tarixində TBMM-də qəbul ediləcək konstitusiyanın əsasını təşkil edir.
Türkiyə konstitusiyanın qəbulundan 100 ilə yaxın müddət keçib və təbii olaraq reallıqlar, cəmiyyət, siyasət, həmçinin geosiyasi vəziyyət dəyişib. Dünyada yeni tendensiyalar var. Belə olan təqdirdə Türkiyə konstitusiyasının dəyişdirilməsi təklifi də başadüşüləndir. Lakin ilk dörd maddə heç bir halda dəyişdirilə bilməz. N.Kurtulmuşun dediyi kimi, ifadə dəyişikliyi edilə bilər.
Turan Rzayev
MİA.AZ
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib