14-07-2014 [19:50]
Azərbaycan Respublikasının əməkdar artisti, mərhum Xanım Qafarovanın iş yoldaşları – Dövlət Musiqili Teatrının kollektivi Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya minnətdarlıq məktubu göndəriblər.
Mia.az göndəriləm məktubun surətində deyilir:
"Əzizimiz
Mehriban xanım!
Şəfqəti,
məhəbbəti, səmimi münasibətləri və gündəlik
ünsiyyətləri az qala yoxa çıxmağa başlayan bu mürəkkəb dünyada indi
insanları təəccübləndirmək və heyrətləndirmək o qədər də asan məsələ deyil. Bir
yandan gündən-günə ahəngi pozulan təbiətin bəlaları, bir yandan yer üzünün xəritəsini
yenidən öz xeyirlərinə cızmağa can atan, bəşəriyyətə ağalıq iddasında olan ölkələrin
və onların rəhbər-lərinin insanlığın əleyhinə yönəlmiş əməllərinin acı nəticələri,
bir yandan elm və texnikanın cəmiyyətin inkişafından çox, onun
manqurtlaşmasına, təklənməsinə, insanlığın itirilməsinə, robotlaşmasına yönələn
planlarının addım-addım gerçəkləşdiyi bir dövrdə bu olduqca çətin bir
işdir!
Amma dəyərli Mehriban xanım, siz bunu
bacarırsınız! Həyatının ən çətin məqamında, olumla ölümün sərhədində çarpışanların,
doğmalarının, xüsusilə də körpə balalarının əlini buraxıb getmək istəməyənlərin ən kritik
məqamında Siz öz şəfqət
qanadlarınızı onların üstünə gərirsiz, dərdlərinə dərman, xəstəliklərinə əlac
arayırsınız.
Son illər Heydər Əliyev Fondunun və şəxsən
Sizin dəstəyinizlə həm ölkəmizdə, həm də dünyanın ən məşhur klinikalarında
müalicə olunub ailəsinin yanına qayıdanların Sizə duası və şükranlığı
sonsuzdur. Siz xüsusulə mədəniyyət işçilərinin, ömrü məşqlərdə, səhnələrdə keçən,
umacağı bir dəstə gül və tamaşaçı alqışından başqa heç nə olmayanların əsl himayədarına çevrilmisiniz, bir çoxları Sizin
xeyirxah əməllərinizdən bəhrələnib, ağır xəstəliklərə düçar olanlar qayğınız və
maddi dəstəyinizlə xaricdə müalicə kursu keçib, sağlamlıqlarına qovuşublar.
Siz növbəti dəfə bir Ananın - körpə balasına
toxunmağa belə ehtiyat eləyən, onun yanında ölməyi özü üçün günah sayan bir
Qadının köməyinə yetişdiniz! Siz də Anasınız və hər kəsdən yaxşı bilirsiniz ki,
bir qadın üçün dünyada ən böyük sevinc övladdır və insan, dünyaya gətirdiyi, həyat
verdiyi balasını tək-tənha taleyin ixtiyarına buraxıb getməz, gedə bilməz! Bizim
teatrın aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti Xanım Qafarova da
heç ölmək istəmirdi, neçə illər idi ki, ağır xəstəliklə vuruşur, ölümə qalib gəlmək
üçün canıyla çarpışırdı. Siz onu əvvəlcə Türkiyədə müalicə etdirdiniz. Məhz
Sizin qayğı və şəfqətinizlə o, daha bir neçə ay yaşaya bildi. Lakin bu yetmədi. Vəziyyətinin ağırlaşdığını biləndə Siz onun müalicəsinin İsraildə davam
etdirilməsi üçün göstəriş verdiniz. Təəssüf ki, səfərə hazırlıq ərəfəsində
Xanım Qafarova dünyasını dəyişdi.
Lakin Siz yenə də onun ailəsini tək
buraxmadınız. Son ana qədər Xanım Qafarovanın doğmalarını diqqətdə saxladınız və
ən ağır məqamlarda ailənin bütün qayğısını çəkdiniz, dəfn mərasimi, yas mərasimi
zamanı onları çətinlik çəkməyə qoymadınız.
Biz, Azərbaycan Dövlət Musiqili Teatrının
kollektivi olaraq Sizə bu xeyirxahlığınız, diqqət və qayğınız üçün minnətdarıq.
Əziz Mehriban xanım! Allah Sizi xeyirxah əməllərinizə
görə mükafatlandırsın! Bizim təşəkkür və minnətdarlığımızı lütfən qəbul edin!
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR