Nazirliklər niyə zənglərə cavab vermir? - Sorğunun nəticələri
08-10-2024 [11:34]
Sosial Tədqiqatlar Mərkəzi (STM) dövlət orqanları və cəmiyyət arasında əlaqələrin yeni keyfiyyət mərhələsində vətəndaşların kommunikasiya xətlərinə əlçatanlığı və vətəndaşların informasiya təminatına əsaslanan idarəetmənin dəstəklənməsi məqsədilə dövlət orqanlarının (qurumlarının) kommunikasiya xətlərinin fəaliyyəti ilə bağlı monitorinq aparıb.
Mia.az xəbər verir ki, monitorinqin nəticələrinə əsasən İqtisadiyyat Nazirliyinin stasionar nömrələrinə günün birinci və ikinci yarısında edilən zənglərin 63.6%-nə cavab verilib, 36.4%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərin cavablandırılmasında orta müddət 6 saniyə, günün ikinci yarısında 5 saniyə olub. Qaynar xəttə günün birinci və ikinci yarısında edilən bütün zənglər yüksək operativliklə cavablandırılıb. Günün birinci yarısında zənglərə cavab vermə üzrə 7 saniyə, günün ikinci yarısında 6 saniyə orta müddət qeydə alınıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qaynar xətti üzrə nəticələrə əsasən, günün birinci və ikinci yarısında ümumilikdə zənglərin yarıdan çoxuna və ya 54.5%-nə cavab verilib, 45.5%-nə cavab verilməyib. Günün birinci yarısında zənglərə cavab vermə üzrə 11 saniyə, günün ikinci yarısında 53 saniyə orta müddət qeydə alınıb.
Təhlillər günün ikinci yarısı ilə müqayisədə günün birinci yarısında edilən zənglərə daha sürətli cavab verildiyni göstərib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin stasionar nömrələrinə üzrə günün birinci və ikinci yarısında cavab verilmiş zənglər 95.5%, cavab verilməmiş zənglər 4.5% olub. Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 47 saniyə, günün ikinci yarısında 1 dəqiqə 9 saniyə olub. Nəticələrdən də göründüyü kimi, günün ikinci yarısından fərqli olaraq, günün birinci yarısında zənglərə 22 saniyə fərqlə daha tez cavab verilib.
Qaynar xəttə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib. Belə ki, günün birinci və ikinci yarısında qaynar xəttə edilən bütün zənglərə cavab verilib. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 25 saniyə, günün ikinci yarısında 10 saniyə olub.
Nəticələrə əsasən, stasionar nömrələrdən fərqli olaraq, qaynar xəttə günün birinci və ikinci yarısında edilən zənglərə daha tez cavab verilib.
Fövqəladə Hallar Nazirliyinin stasionar nömrələrinə günün birinci və ikinci yarısında edilən bütün zənglər operativliklə cavablandırılıb. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müdət 9 saniyə, günün ikinci yarısında 14 saniyə olub.
Qaynar xəttə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib. Belə ki, günün birinci və ikinci yarısında edilən bütün zənglərə cavab verilib.
Günün birinci yarısında zənglərə cavab vermə üzrə orta müddət 18 saniyə, günün ikinci yarısında 13 saniyə təşkil edib.
Kənd Təsərrüfatı Nazirliyinin stasionar nömrələri üzrə cari monitorinq nəticələrinə əsasən, sözügedən kommunikasiya xəttinə günün birinci və ikinci yarısında edilən zənglərin 50.0%-nə cavab verilib, 50.0%-nə cavab verilməyib. Günün birinci yarısında stasionar əlaqə vasitəsi üzrə zənglərə cavab vermədə orta müddət 41 saniyə, günün ikinci yarısında 39 saniyə olub.
Qaynar xəttə edilən zənglərin cavablandırılmasında yüksək operativlik müşahidə edilib. Günün birinci və ikinci yarısında zənglərin 90.9%-i cavablandırılıb, 9.1%-i cavablandırılmayıb. Günün birinci yarısında zənglərə cavab vermədə orta müddət 34 saniyə, günün ikinci yarısında 5 saniyə təşkil edib.
Aparılan təhlillər qaynar xətlə müqayisədə stasionar nömrələrə günün ikinci yarısında zənglərə daha tez cavab verildiyini göstərib.
STM 22 may – 27 iyun 2024-cü il tarixində 39 dövlət orqanı (qurumu) və 77 yerli icra hakimiyyəti orqanı olmaqla ümumilikdə 116 dövlət orqanının (qurumun) stasionar və qaynar xətlərinə təqribən 3500-ə yaxın zəng edilib. Monitorinqin nəticələrinə əsasən, stasionar nömrələr və qaynar xətlər üzrə ümumilikdə 1927 zəngə (59.2%) cavab verilib, 1328 zəngə (40.8%) cavab verilməyib. 198 zəng üzrə nömrə məşğul olub və ya aktiv olmayıb.
Monitorinq çərçivəsində dövlət orqanları (qurumları) üzrə 25 mərkəzi icra hakimiyyəti orqanının stasionar və qaynar xətlərinə edilən zənglərin ümumilikdə 68.4%-nə (617 zəng) cavab verilib, 31.6%-nə (285 zəng) cavab verilməyib.
Dövlət orqanlarının (qurumlarının) və yerli icra hakimiyyəti orqanlarının kommunikasiya xətlərinin günün birinci və ikinci yarısında olmaqla ikimərhələli şəkildə monitorinqi həyata keçirilib.
Monitorinq çərçivəsində edilən bütün zənglərin video qeydiyyatı aparılıb.
"Arsenal" qapıçı transfer edib
Sabiq prezident fırıldaqla üzləşib - AÇIQLAMA
"Barselona" oyunçusunu icarəyə verib
Milli Məclis bəyanat yayıb
Məşhur aktyor saxlanılıb
Ərdoğan Tatarıstan prezidenti ilə qapalı görüş keçirib - FOTO
Sədr müavini istefa verdi
AHİK qaynayır: Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?
Türkiyəli məmurları "topa tutan" şəxs türmədən çıxan kimi öldü
CHP-nın "alınmaz qalası"nda əməliyyat - Təşkilat sədri və bələdiyyə mənsubları saxlanıldı
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
Zelenski Əliyevə zəng edib
Əfqanıstanın yeni səfiri Moskvaya gedib
"Sputnik Azərbaycan" işi: saxlanılan şəxslər barəsində qərar verildi
Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
Sabahdan külək güclənəcək
Prezident yeni cəzaları təsdiqləyib
Sabahdan rayonlara leysan yağacaq
Məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb
Təkrar sertifikatlaşdırma: 2300-dən çox müəllim işdən çıxarıldı
Kinostudiyasının ərazisində zərərsizləşdirmə aparılır
Kreml Ermənistanı Qərbə istiqamətlənməkdə ittiham edib
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Rusiya XİN: ""3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik"
Paşinyan II Qareginin istefasını tələb edib
Gürcüstanın müvəqqəti işlər vəkili Böyük Britaniya XİN-ə çağırılıb
Baş prokuror Səfərov qardaşlarının öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Tramp bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Beşiktaş" ingilis hücumçunu İstanbula dəvət edib
"Fənərbağça" kolumbiyalı hücumçu ilə anlaşıb
Azərbaycan səfiri Rusiya XİN-də - Bir saatlıq müzakirə olub
İlham Əliyev Ruanda Prezidentini təbrik edib
Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub
Ermənistan polisi həbs edilmiş din xadimlərinin və onların yaxınlarının əmlaklarını araşdırır
İran Prezidenti Xankəndiyə səfər edəcək
Azərbaycan Prezidenti Somali liderinə təbrik məktubu göndərib
Pirəkəşküldə yararsız döyüş sursatları məhv ediləcək
Aran rayonlarında 35 dərəcə isti olub
Tramp Yaponiyanı hədələyib: "Qıtlıq yaşayırlar, lakin bizdən..."