Türkiyəli məmurları "topa tutan" şəxs türmədən çıxan kimi öldü

img

01-07-2025 [20:35]


Bir vaxtlar sosial mediada türkiyəli məmurları "topa tutan" Muhammed Yakut Almaniyada müaəmmalı şəkildə həyatını itirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun ölüm səbəbi səhərə yaxın infarkt olduğu iddia olunsa da, buna şübhə edənlər var.

Haberler.com yazır k, belə bir iddianı irəli sürənlərdən biri də tanınmış jurnalist Yavuz Değirmencidir. O, Yakutun ölümünün "normal ölümə bənzəmədiyini" iddia edib: "Mncə həbsdən çıxan kimi səhərə yaxın ölüm faktı sui-qəsd şübhəsi ilə araşdırılmalıdır. İnfarkt olduğu deyilsə də, normal bir ölüm kimi görünmür"

Samir MUSAYEV
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR