AHİK qaynayır: Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?
01-07-2025 [20:37]
Artıq 1 ilə yaxındır ki Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Rəhbərliyə gəldiyi gündən qalmqallı təyinatları, başıpozuq idarəetməsi ilə yadda qalan Sahib Məmmədov öz ətrafına qarşı hədsiz dərəcədə həssas yanaşmaqda davam edir.
Mia.az-ın məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı olan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasından şikayətlər durmadan artmaqdadı.
Bu barədə saytımıza daxil olan məlumatda deyilir:
"2024 cü ilin noyabr ayından 2025-ci ilin mart ayına qədər təşkilatdan 500 nəfərə yaxın əməkdaş müxtəlif bəhanələrlə işdən çıxarılmış, ixtisara salınmış, işsiz qalmışdır. Təşkilatın 10 idman cəmiyyəti heç bir səbəb olmadan bağlanmışdır. Lkain qurumdan səs çıxmayıb. Halbuki bu idman cəmiyyətləri illərdir ölkənin idman siyasətinə ciddi töhvələr vermiş, idmançıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişdir.
Təşkilatın tabeliyində yalnız Gənclik Könüllü Tələbə İdman Cəmiyyəti saxlanılanda hamımız düşündük ki, tələbələri düşünərək, onların fiziki hazırlığına, asudə vaxtlarının səmərəli təşkil olunmasına xidmət edəcəkdir. Sən demə məqsəd başqa imiş...
Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin nizamnaməsinə əsasən 2024-2025-ci tədris ilində ölkə ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrində idman yarışları keçirmək və yarışların nəticəsi olaraq 12 idman növü üzrə komanda yaradaraq, beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinə siyahıları təqdim etməkdir: "Lakin Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının rəsmi sosial şəbəkələrində bu yarışlar haqqında heç bir məlumat yoxdur. Belə başa düşülür ki, bu yarışlar rəsmi olaraq keçirilməmiş, digər işlər kimi sənəd üzərində saxtalaşdırılaraq, siyahılar Gənclər və İdman Nazirliyinə göndərilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasını AHİK sədrinin müşaviri Nigar Vahabzadə öz əsarəti altında saxlamağının məqsədləri artıq hər kəsə aydın olur. Xanım Vahabzadə bu ilin iyul ayında Almaniya və digər bahalı Avropa ölkələrində keçiriləcək bu yarışlarda AHİK vəsaiti hesabına bir növ istirahətə getməyə hazırlaşır. Eyni zamanda əldə etdiyimiz məlumata görə, Nigar Vahabzadə bu səfərə tək özü yox, azyaşlı oğlunu da aparmağa hazırlaşır. Maraqlıdır ki, əvvəlki illərdə xarici yarışlarda iştirak üçün ezamiyyə xərcləri yalnız komandanın tərkibi üçün ayrılırdı. Hazırda bildiyimizə görə bu ilki yarışlara təşkilatın sədri Tural Qasımov, sədrin müavini Sahib Məmmədovun yaxın qohumu Fikrət Hacıyev də AHİK vəsaiti, yəni aztəminatlı insanlardan tutulan 2 % vəsait hesabına getməyə hazırlaşır..."
Firudin Səfərli
MİA.AZ
Azərbaycan diasporunun rəhbəri Rusiyada küçədə belə həbs edildi - Yerə yıxaraq... (VİDEO, FOTO)
"Jurnalistlərin binası"nda qaz problemi yaranıb - "Azəriqaz" isə şikayətləri "qulaqardı"na vurur
"Beşiktaş"ın yeni transferi İstanbula gəlib
"Arsenal" qapıçı transfer edib
Sabiq prezident fırıldaqla üzləşib - AÇIQLAMA
"Barselona" oyunçusunu icarəyə verib
Milli Məclis bəyanat yayıb
Məşhur aktyor saxlanılıb
Ərdoğan Tatarıstan prezidenti ilə qapalı görüş keçirib - FOTO
Sədr müavini istefa verdi
AHİK qaynayır: Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir?
Türkiyəli məmurları "topa tutan" şəxs türmədən çıxan kimi öldü
CHP-nın "alınmaz qalası"nda əməliyyat - Təşkilat sədri və bələdiyyə mənsubları saxlanıldı
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
Zelenski Əliyevə zəng edib
Əfqanıstanın yeni səfiri Moskvaya gedib
"Sputnik Azərbaycan" işi: saxlanılan şəxslər barəsində qərar verildi
Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb
Sabahdan külək güclənəcək
Prezident yeni cəzaları təsdiqləyib
Sabahdan rayonlara leysan yağacaq
Məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Azərbaycan və Şimali Makedoniyanın diplomatik pasport sahibləri vizadan azad edilib
Rezidenturaya qəbul imtahanının ikinci cəhdinin nəticələri açıqlanıb
Təkrar sertifikatlaşdırma: 2300-dən çox müəllim işdən çıxarıldı
Kinostudiyasının ərazisində zərərsizləşdirmə aparılır
Kreml Ermənistanı Qərbə istiqamətlənməkdə ittiham edib
DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Rusiya XİN: ""3+3" formatını Cənubi Qafqazda qarşılıqlı əlaqələrin artırılması üçün vacib hesab edirik"
Paşinyan II Qareginin istefasını tələb edib
Gürcüstanın müvəqqəti işlər vəkili Böyük Britaniya XİN-ə çağırılıb
Baş prokuror Səfərov qardaşlarının öldürülməsi faktı ilə bağlı cinayət işi başladıb
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb
Tramp bu ölkəyə qarşı sanksiyaları ləğv etdi
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Beşiktaş" ingilis hücumçunu İstanbula dəvət edib
"Fənərbağça" kolumbiyalı hücumçu ilə anlaşıb
Azərbaycan səfiri Rusiya XİN-də - Bir saatlıq müzakirə olub
İlham Əliyev Ruanda Prezidentini təbrik edib
Bir ay ərzində sərhəddə 7 milyon manat dəyərində qaçaqmal tutulub