Cahandar ağa dəfn olundu - VİDEO

img

14-07-2014 [16:25]


Ələddin Abbasov bu gün dəfn olunub. 

ANS TV-nin məlumatına görə, dünən dünyasını dəyişən 92 yaşlı məşhur xalq artisti Ələddin Abbasovla bu gün vida mərasimidir. Hamı onu "Cahandar ağa" kimi tanıyırdı. O Azərbaycan kinosunun tarixində çox az qala biləcək simalarından biri idi.

Vida mərasimi Gəncə Dövlət Dram Teatırında təşkil olunub. Mərasimə Gəncə şəhər İcra hakimiyyətinin rəhbərliyilə yanaşı, onun aktyor yoldaşları, ailə üzvləri, teatr və kino sevərlər də qatılıb. Mərhum aktyor ömrünün son illərini həyat yoldaşı ilə birgə yaşayıb və səhhətində ciddi problemi olmayıb. 

Ələddin Abbasov teatr və kino səhnəsində tamaşaçıların yaddaşında "Cahandar ağa” kimi qalsada aktyorun bundan başqa məşhur rolları da olub.

Allah Rəhmət eləsin! 




Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA