Səhiyyə Nazirliyindən xəstəxanalardakı ölümlərlə bağlı açıqlama

img

14-07-2014 [14:24]


Azərbaycan Səhiyyə Nazirliyi Hacıqabulda abortdan, Qazaxda isə doğuşdan sonra sonra dünyalarını dəyişən qadınlarla bağlı rəsmi məlumatını açıqlayıb.Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, iyulun 14-də Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında 24 yaşlı Əzizova Əsmər bir necə gün əvvəl etdirdiyi abortdan sonra dünyasını dəyişib.

Abortdan sonra səhhəti kəskin pisləşmiş Ə.Əzizova xəstəxanaya da çox gec - vəziyyəti pisləşdikdən 5 gün sonra kritik ağır vəziyyətdə gətirilib. Onun müalicəsi üçün Bakıdan mütəxəssislər cəlb olunub. Lakin aparılan müailicə tədbirlərinin təsiri olmayıb və qadın dünyasını dəyişib.

A.Qədirli bildirib ki, Qazaxda isə 20 yaşlı Bayramova Şəhla iyulun 13-də birinci doğuşundan sonra dünyasını dəyişib. Doğuş rayonun Daşsalahlı kəndindəki həkim məntəqəsində həyata keçirilib. Doğuşdan sonra onun vəziyyəti pisləşdiyindən Qazax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ş.Bayramova atonik qan

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA