16-07-2014 [12:16]
"Qaynanam anama söyüb məni təhqir elədi. Mən də əsəbiləşib tüfəngi götürüb vurdum”. Bunu qaynatasını və qaynananasını azyaşlı qızının gözü qarşısında qətlə yetirən Bayram Həsənov ibtidadi istintaq zamanı verdiyi ifadəsində deyib.
İstintaq materiallarına əsasən, Hacıqabul rayonunda anadan olan, Novxanı kəndində kirayədə yaşayan Həsənov Bayram Mirzağa oğlu 2003-cü ildə Həsənova Gülnarə Mahir qızı ilə rəsmi qaydada ailə həyatı qurub. Onların birgə nigahdan 3 azyaşlı uşağı var. Bununla yanaşı, Bayram 2006-cı ildə Hüseynova Gülnar Nəzər qızı ilə qeyri-rəsmi ailə qurub ər-arvad kimi yaşayıb. G.Hüseynova ilə birgə ailə həyatından 1 azyaşlı uşağı var. Gülnar Hüseynovanın atası Nəzər Hüseynov 2011-ci ildə Hacıqabul rayonunda özünə məxsus olan torpaq sahəsini sataraq Gülnara 8900 manat pul verib torpaq sahəsi almağı tapşırıb. Bayram Gülnardan pulu götürərək üzərinə 2100 manat pul qoyub Novxanıda 4 hektar torpaq sahəsi alıb. Nəzər Hüseynov həmin torpağı öz adına rəsmiləşdirmək istəsə də, Bayram razı olmayıb. Buna görə onlar arasında narazılıq yaranıb.
"...Gülnarın başını kəsəcəyimi dedim”
Bayram Həsənov ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərib ki, Gülnarla qeyri-rəsmi nigahda olub və ondan 5 yaşında Aytac adlı qızı var: "2012-ci ilin noyabr ayında Gülnarla yola gedə bilmədiyimiz üçün ayrıldıq. Son vaxtlar Gülnara tez-tez zəng vurub qızımı yanıma gətirməsini istəsəm də, Gülnar buna əməl etmirdi. Dekabrın 31- də günorta saatlarında Gülnara zəng edib uşağı gətirməsini dedim. Gülnar yanvarın 1-də uşağı gətirəcəyini bildirdi. Mən ilk arvadım Gülnarə ilə yaşadığım evdə deyil, yaxınlıqda olan evdə Gülnargilə görüş təyin etdim. Həmin evdə əvvəllər mən Gülnarla birlikdə yaşamışdım. Hazırda isə həmin evdə 3 nəfər iş yoldaşım qalır. Onlar bayram münasibətilə Hacıqabula öz evlərinə getdikləri üçün evin açarını onlardan götürmüşdüm. Yanvarın 1-də qızım Aytaca şirniyyat və sok alıb həmin evə getdim. Orada gizlətdiyim ov tüfəngini götürüb dəhlizdə ayaqqabı şkafının altında gizlətdim ki, uşaq görməsin. Saat 14 radələrində Gülnar, anası Rəfiqə , atası Nəzər və qızım Aytac gəldilər. Mətbəxlə üzbəüz yerləşən otaqda oturub bir az çörək yedik. Mən Nəzərlə 100 qram araq içdim. Aytaca aldığım papaq və şərfi, Gülnara aldığım köynək və şərfi və Aytaca bayram münasibətilə ayırdığım 100 manat pulu verdim. Sonra torpaq barədə danışmağa başladıq. Nəzər bir daha həmin torpaq sahəsini özünün adına sənədləşdirməyimi dedi. Mən isə yalnız Gülnarın adına sənədləşdirəcəyimi bildirdim. Nəzər belə olduğu halda torpağa verdiyi pulu geri qaytarmağımı istədi. Mən torpağı satıb Nəzərin pulunu qaytaracağımı bildirdim. Sonra Gülnara təklikdə mənimlə qalmasını, valideynlərini isə evə göndərməsini demək istədiyim üçün mətbəxə keçərək Gülnarı yanıma çağırdım. Gülnar gələn kimi arxasınca anası Rəfiqə də gəldi. Rəfiqə sağ olduğu müddətdə bizə tək qalmağa imkan verməyəciyini, Gülnara bir kafedə ofisiant işi tapacağını da söylədi. Mən isə cavabında kafedə işləyəcəyi təqdirdə həmin gün Gülnarın başını kəsəcəyimi dedim. Rəfiqə də Gülnarı artıq kafedə işə düzəltdiyini, əgər bacarırsam başını kəsməyimi deyərək mənim ölülərimə söydü. Anam təzəlikcə öldüyündən Rəfiqənin sözlərindən əsəbiləşdim. Dəhlizə gedib tüfəngi çıxarıb Rəqifə və Nəzərin olduqları otağın qarşısına gəldim”.
"Güllə Rəfiqənin sağ gözünə dəydi və o, yerə yıxıldı”
B. Həsənov daha sonra bildirib ki, bu zaman Gülnar onun qarşısına çıxıb tüfəngin lüləyini öz sinəsinə sıxaraq yalnız onu vurmasını istəyib: "Gülnar əli ilə tüfəngin tətiyini çəkdi, lakin tüfəngin qoruyucusu bağlı olduğundan atəş açılmadı. Bu zaman Rəfiqə "burax vursun!” deyib üzümə tüpürdü. Bundan əsəbiləşib tüfəngin lüləyini yuxarı qaldıraraq dəhlizin tavanına bir dəfə atəş açdım. Bu vaxt Rəqifə, Nəzər və Gülnar məni itələyərək, evdən bayıra çıxardılar. Gülnar Rəfiqə və Nəzəri evin içinə salıb sakitləşdirməyə çalışırdı. Bu zaman Rəfiqə polisə xəbər verdiyini dedi. Nəzər problem yaranmaması üçün silahı yığışdırmağımı istədi. Lakin Rəfiqə yenə məni söyərək, polisi çağırdığını və başıma oyun açacağını dedi. Bu zaman Rəfiqəni öldürmək üçün onun olduğu otağın qapısında dayanıb atəş açdım. Güllə Rəfiqənin sağ gözünə dəydi və o, yerə yıxıldı. Mən bir anlıq pis olaraq, qapının girəcəyində olan divara söykənib tüfəngi qeyri-ixtiyari əlimdən yerə saldım. Bu zaman Nəzərin üstümə gəldiyini gördüm. Ayağımla Nəzəri vurub geri itələdim, həmin an yerdən tüfəngi götürüb ayağa qalxdım. Nəzər Rəfiqənin meyitinə tərəf gedib "onu sən öldürdün” dedi. Həmin an tüfənglə Nəzərin boynunun arxa tərəfinə atəş açdım. Güllə onun baş nahiyəsinə arxa tərəfdən dəydi və Nəzər də yerə yıxıldı. Həmin vaxt Gülnar otağa girib Rəfiqə ilə Nəzərə baxmaq istədikdə qarşısını kəsib dəhlizdən sağdakı otağa apardım. Aytac da orda idi. Gülnar qışqırmağa başladığından yumruqla Gülnarın sifətinə vurdum. Skoçu götürüb heç yerə qaça bilməməsi üçün Gülnarın əllərini bağlamaq istədim, lakin skoçu aça bilmədim. Evin qapısının yanından çəliyi götürüb Gülnarı çəliklə və yumruqla bədəninin müxtəlif nahiyələrinə vurmağa başladım. Gülnarın yerə yıxılıb huşunu itirdiyini gördükdə oradan qaçıb getdim” .
"Ayılandan sonra qonşuya gedib polisə zəng vurdum”
Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Gülnar Hüseynova isə ifadəsində göstərib ki, münasibətləri normal olmadığından Bayramla ayrılıb: "Hadisə baş verən gündən əvvəl Bayram mənə zəng edib uşağı görmək və torpaq məsələsini danışmaq üçün onunla kirayədə yaşadığımız evə gəlməyimizi istədi. Biz də getdik. Bayram evdə tək idi. Hamımız birlikdə keçib dəhlizin solunda yerləşən otaqda oturduq. Bayram Aytaca aldıqlarını verdi. Sonra oturub çay içdik. Bayram bir az Aytacı oynatdı. Sonra atamla torpağın sənədləşdirilməsi barədə mübahisə elədilər. Bayram mətbəxə keçdi, mən də onun arxasınca getdim. Həmin vaxt anam gəlib Bayrama təklikdə danışmamağı, hamının yanında danışmağı dedi. Bundan sonra mən və anam otağa keçdik. Təxminən bir-iki dəqiqə keçmiş Bayram otağın qapısını ayağı ilə vuraraq açıb silahı bizə tuşladı. Mən və atam qabağa çıxıb mane olmaq istədik. Sonra Bayram anamın polisə şikayət etməyini eşidib gəlib ona atəş açdı. Sonra atamı da vurdu. Bayram mənim saçımdan tutub üzümə və bədənimə yumruqla və əlindəki tüfənglə, daha sonra götürdüyü çəliklə vurmağa başladı. Atam həmin vaxt sağ idi. Bayram atama "bax gör, indi sənin qızının başına nə oyun açacam” deyərək əlindəki tüfəngi kənara qoyub məni boğmağa başladı. Sonra skoç götürüb əllərimi bağlayaraq öldürmək istədi. Amma skoçu aça bilmədi. Mən huşumu itirdim. Ayılandan sonra qonşuya gedib polisə zəng vurdum”.
Azyaşlı Həsənova Aytac Bayram qızı iş üzrə zərərçəkmiş şəxs qismində tanınıb. 14 yaşına çatmadığından qanuni nümayəndəsinin və mütəxəssis qismində dəvət olunmuş müəllimin iştirakı ilə dindirilərkən Gülnar Hüseynovanın bildirdiklərini bir daha təsdiq edərək eyni məzmunlu ifadə verib.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Qeyd: Yazı cinayət işinin materialları əsasında xüsusi olaraq lent.az sayıtı üçün hazırlanıb.
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar