İRANIN İSRAİLDƏKİ GİZLİ SİLAHI – Tehran dünən bu məşhur taktikadan istifadə etdi (TƏHLİL)
02-10-2024 [14:54]
İran ötən gecə İsrailə 180-500 arası raket atıb. Diqqətçəkən məqamlardan biri İsrailin 20 F-35 təyyarəsi və HHM sistemlərinin məhv edilməsi haqda iddiadır.
İsrail ordusunun rəsmisi Anna Ukolova bunu təkzib edib.
Nə baş verir?
Etiraf etmək lazımdır ki, İsrail İranı küncə sıxışdırıb. Yəni İranın İsrailə zərbə endirməkdən başqa yolu yox idi. Belə ki, Təl-Əvivin Livanda “Hizbullah”a qarşı başlatdığı əməliyyatlar fonunda Tehran proksisini qorumaq, həm də prestij itirməmək üçün nə isə etməli idi. Lakin Tehranı hərəkətə gətirən əsas məqam İsrail Baş naziri Benyamin Netanyahunun İran xalqına videomüraciətində dedikləridir.
“Hər keçən an rejim sizi, nəcib fars xalqını uçuruma daha da yaxınlaşdırır. Amma siz sadə bir şeyi bilirsiniz. İranın zülmkarları sizin gələcəyinizlə maraqlanmır. İran nəhayət azad olacaq və bu an insanların düşündüyündən çox daha tez gələcək, hər şey fərqli olacaq. Bizim iki qədim xalqımız, yəhudi xalqı və fars xalqı nəhayət sülh içində olacaq. Bizim iki ölkəmiz, İsrail və İran, sülh içində yaşayacaq”, – B.Netanyahu deyib.
İran HƏMAS, “Hizbullah”ın ardından birbaşa hədəfin özü olacağını yaxşı başa düşür. Buna görə də cəld tərpənib İsrailin İrana ehtimal hücumlarının qarşısını almaq üçün belə bir hücum təşkil etdi.
Altıgünlük müharibədəki taktika
İran ordusunun məlum hücumu mahiyyət etibarilə İsrailin Altıgünlük müharibədəki (5 iyun 1967 – 10 iyun 1967) taktikasını xatırladır. Belə ki, İsrail sözügedən savaşın ilk anlarında ərəb ölkələrinin qırıcılarını məhv etmişdi. Ehtimal ki, İran hücumunun əsas hədəflərindən biri məhz F-35 qırıcıları və HHM sistemləri olub.
İran İsrailin növbəti hədəfinin nüvə və strateji hərbi obyektlər olduğunu sezib. Bu həcmdə hücum isə böyük ehtimalla F-35 təyyarələri ilə ediləcəkdi. Buna görə də İran İsrailin Altıgünlük müharibədə ərəb dövlətlərinin təyyarələrini sıradan çıxarıb qalib gəldiyi kimi, İsrailin F-35 qırıcılarını məhv etmək istəyib.
İranın İsraildəki gizli silahı
Dünənki hücumun digər diqqətçəkən məqamı isə eyni vaxtda naməlum silahlı şəxslərin Təl-Əvivdə çox sayda insanın öldürüldüyü hücumlar təşkil etməsidir.
Bu hücumu təşkil edəcək potensial iki qrup var:
1. İsraildə yaşayan İranla əlaqəli ərəblər;
2. Parsimlər.
Hər iki qrupun bu hücumda iştirak etməsi mümkündür, amma əsas versiya parsimlərlə bağlıdır. Parsimlər İran hakimiyyəti tərəfindən qorunan və İsrail dövlətinin qurulmasına qarşı çıxan yəhudi qrupudur. Parsimlər daha çox İranda yaşasa da, İsraildə olduqlarına dair də məlumatlar var.
Bu gün SEPAH daxilində olan və İsraillə bağlı kəşfiyyat məlumatları ötürən parsimlərin olması istisna deyil.
Nəticə
İranın İsrailə hücumu diqqət çəksə də, Tehranın bundan artığına əl atacağını düşünmürəm. Çünki İran-İsrail gərginliyi klassik müharibə deyil: total döyüşlər, quru savaşları ola bilməz. Bənzər formada bir-iki hücumlar olsa da, uzunmüddətli döyüşlər gözlənilmir. Lakin Tehranın atacağı yanlış addımlar fonunda Qərbin koalisiya yaratması istisna deyil.
Turan Rzayev
MİA.AZ
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı