YAP-ın İKİ TƏŞKİLAT SƏDRİ VƏZİFƏDƏN ÇIXARILDI - Səbəb + FOTOLAR
30-09-2024 [20:40]
Sentyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası açıq elan edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov cari ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərdə deputat mandatı qazanmış partiya üzvlərini təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
O bildirib ki, Parlament seçkiləri müstəqillik tariximizdə ilk dəfə olaraq suveren Azərbaycanın bütün ərazilərində keçirildi: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi nailiyyətlər və şanlı zəfərlərdən sonra bu seçkilərə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan Yeni Azərbaycan Partiyası parlamentdə 68 mandat əldə edərək növbəti dəfə inamlı qələbə qazandı. Seçkilərin nəticələri xalqın Ulu Öndər Heydər Əliyevin siyasi mirası olan və Prezident İlham Əliyevin rəhbərliyi ilə şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasına sarsılmaz inam və etimadının, birmənalı dəstəyinin növbəti təsdiqi oldu”.
YAP Sədrinin müavini əlavə edib ki, sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeddinci çağırış Milli Məclisin ilk iclasında konseptual və proqram xarakterli çıxışı zamanı qazanılan uğurlarla yanaşı, qarşıda dayanan mühüm vəzifələrə də toxunub: "Xüsusilə, cənab İlham Əliyevin ideoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı fikir və tövsiyələri Yeni Azərbaycan Partiyasının üzvləri olaraq daha məsuliyyətlə çalışmağımızı zəruri edir. Heç şübhəsiz, milli-strateji hədəflərdən irəli gələn bu vəzifələrin yerinə yetirilməsi yeni mərhələdə Azərbaycanın qüdrətinin daha da artmasını şərtləndirəcək. İnanırıq ki, indiyə qədər olduğu kimi, bundan sonra da xalqımızın iradəsi, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti sayəsində ölkəmizə qarşı məkrli planların və təhdidlərin qarşısı qətiyyətlə alınacaq, Azərbaycan mühüm uğurlara imza ataraq bütün strateji hədəflərini inamla reallaşdıracaqdır”.
Daha sonra iclasın gündəliyində duran məsələlərə baxılıb.
İclasda ilk olaraq Vüqar Gəncəli oğlu Rəhimzadənin YAP Xətai rayon təşkilatının, Samir Əhməd oğlu Vəliyevin isə YAP Nərimanov rayon təşkilatının sədri vəzifəsindən azad olunması məsələsinə baxılıb.
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu məsələ partiyanın VII Qurultayında qəbul olunmuş Nizamnamənin tələblərindən irəli gəlir. Hər iki şəxs Milli Məclisin deputatı seçildiyi üçün rayon təşkilatının sədri vəzifəsindən azad olunmalıdırlar. Onların partiya işində xidmətlərini yüksək dəyərləndirən Tahir Budaqov hər iki şəxsə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilmək üçün YAP yerli təşkilatlarının təqdimatlarına baxılıb. Məsələ haqqında YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri - Azər Badamov, Mübariz Qurbanlı, Eldar İbrahimov, Musa Quliyev, Bahar Muradova, Hikmət Məmmədov, Bayram Aslanov və Arif Rəhimzadə çıxış etdikdən sonra müvafiq qərar qəbul olunub.
Sonra iclasda YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov “Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və yerli təşkilat Aparatları tərəfindən mühasibat uçotunun aparılması, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi üçün qəbul edilən konkret prinsiplər, əsaslar, qaydalar və metodların məcmusunu əks etdirən, eləcə də maliyyə-təsərrüfat əməliyyatları üzrə bir sıra normativləri müəyyən edən uçot siyasəti”ndə dəyişiklik edilməsi məsələsinə dair təqdimatla çıxış edib, İdarə Heyətinin üzvlərini maraqlandıran sualları cavablandırıb.
Məsələ ətrafında müzakirələrdən sonra sözügedən sənədə dəyişikliklər təsdiq edilib.
İclasın sonunda cari məsələlər müzakirə edilib. Ölkəmizin növbəti mühüm siyasi proseslər ərəfəsində olduğunu deyən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıdan bələdiyyə seçkilərinin gəldiyini və partiyamızın bu seçkilərə də yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdırıb.
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı