Türkiyə parlamentinin spikeri Moskvada: "Biz yenidən vasitəçiliyə qərarlıyıq"
25-09-2024 [21:15]
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə Moskvada görüşüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri kimi Rusiyaya ilk səfəri olduğunu bildirib və göstərilən qonaqpərvərliyə görə ona və nümayəndə heyətinə təşəkkür edib.
Moskvada səmərəli görüşlər və səfərlər keçirdiyini və bunun Türkiyə-Rusiya münasibətlərinə müsbət töhfə verəcəyinə inandığını vurğulayan türkiyəli spikerin sözlərinə görə, regional və qlobal əhəmiyyətli mövzularda Rusiya ilə birgə hərəkətetmə imkanları var: "Bəlli çətinliyə baxmayaraq ikitərəfli ticarət getdikcə inkişaf edir, enerji sahəsində əməkdaşlıq dərinləşir. Eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq müsbət istiqamətdə irəliləyir".
Türkiyəli spiker qeyd edib ki, bölgənin təhlükəsizliyi üçün Rusiya-Ukrayna müharibəsi ədalətli qaydada sona çatmalıdır: "Türkiyə olaraq, heab edirik ki, sülh danışıqları bir an əvvəl yenidən başlamalıdır. Biz bu mövzuda vasitəçilik rolunu davam etdirməkdə qərarlıyıq".
Dövlət Dumasının sədri Volodin Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuşu və parlament nümayəndə heyətini Rusiyada qəbul etməkdən məmnun olduqlarını deyib.
O, belə yüksək səviyyəli səfərlərin artmasının faydalı olacağını bildirib: "İnanıram ki, bu səfər qarşılıqlı etimadı daha da inkişaf etdirəcək və ikitərəfli münasibətləri sürətləndirəcək".
Onu da qeyd edək ki, toplantıda Türkiyə Böyük Millət Məclisinin sədr müavini Gülizar Biçer Karaca, AK Partiya sədrinin müavini Mustafa Elitaş, İYİ Partiya sədrinin müavini Mehmet Satuk Buğra Kavuncu, Türkiyə-Rusiya Parlamentlərarası Dostluq Qrupunun sədri Murat Baybatur, MHP-li deputati İlyas Topsakal və Türkiyə Böyük Millət Məclisinin baş katibi Talip Uzun da iştirak edib.
Lamiyə Əhmədli
MİA.AZ
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?