ERMƏNİSTANIN AZƏRBAYCANA TƏZMİNATI: pul, yoxsa torpaq? - TƏHLİL
24-09-2024 [14:38]
Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində vandalizm aktı törədib, bütün yaşayış məntəqələri, sosial-iqtisadi infrastruktur, tarixi, dini, mədəni abidələr, dövlət obyektləri tamamilə məhv edilib. Eləcə də həmin ərazilərin flora və faunasına, ekologiyasına ciddi ziyan vurulub. Yəni ermənilər işğal altında saxladıqları ərazilərdə, demək olar ki, bütün həyatı məhv edib.
İşğaldan azad edilən ərazilərdə geniş bərpa prosesi aparılsa da, dağıntılar olan yerlərdə erməni vandalizminin miqyasını aydın şəkildə görmək olur. Yüzlərlə yaşayış məntəqəsi tamamilə yerlə-yeksan edilib.
Ermənsitanla Azərbaycan arasında sülh danışıqlarından və ilkin sülh müqaviləsindən danışarkən daha çox delimitasiya, demarkasiya prosesindən, anklav, eksklavların taleyindən, Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə ərazi iddiasını özündə ehtiva edən bəndlərin dəyişdirilməsindən bəhs edirik. Lakin yuxarıdakı faktlar gözardı edilməməli və rəsmi İrəvan Birinci Qarabağ müharibəsi, 30 illik işğal dövrü və İkinci Qarabağ müharibəsi zamanı ərazilərimizə vurduğu ziyana görə təzminat ödəməlidir.
Prinsip etibarilə bu məsələ bir müddətdir gündəmdən çıxmış kimi görünsə də, aktual saxlanılması və sülh müqaviləsində qeyd edilməsi vacibdir. Rəsmi Bakı sülh müqaviləsinin imzalanmasında maraqlı, hətta israrlıdır. Regionda yeni eskalasiya bizə lazım deyil. Bununla belə sülhün qalıcı olması üçün bütün problemli məsələlərin müqavilədə əks olunması və riayət edilməsi də vacibdir. Ermənistanın Azərbaycana ödəyəcəyi təzminat da bu məsələlərdən biridir.
Ermənistanın təzminat ödəməsi hüquqi öhdəliyin yerinə yetirilməsidir. Hər iki dövlət arasında sülh və barışıq ilk növbədə maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Əgər mənəvi ziyan Ermənistanın təcavüz və işğalçılıq siyasətinə görə Azərbaycan xalqından üzr istəməsini və ərazi iddialarından hüquqi və siyasi müstəvidə birdəfəlik imtinasını ehtiva edirsə, maddi ziyan fərdi və ictimai zərərin kompensasiyasını nəzərdə tutur.
Ermənistanın işğal etdiyi ərazilərə vurduğu zərərin həcmi Vətən müharibəsindən sonra hesablanıb.
İrəvanın təzminat ödəməsi bir neçə formada həyata keçirilə bilər:
Birincisi, Ermənistan bu təzminatı özü ödəməlidir. Maliyyə durumu imkan vermirsə, beynəlxalq təzminat fondu yaradılmalı və İrəvanın “dostları” həmin fond vasitəsilə təzminatın ödənilməsində iştirak etməlidir. Müqayisə üçün deyim ki, son zamanlar Fransa, ABŞ, Aİ Ermənistana təmənnasız yardımlar edir. Bu yardımların böyük əksəriyyəti İrəvanı Rusiyanın təsirindən çıxarmağa hesablanıb. Bu mənada havadarları Ermənistana Azərbaycana təzminat ödəmək üçün də yardım edə bilər.
İkincisi, Ermənistanın öz ərazisindən Azərbaycanın xeyrinə müəyyən güzəştləri özündə ehtiva edən təzminat razılaşmasına getməsi mümkündür. Bu, Ermənistanın müəyyən əraziləri üzərində suveren hüquqlarından Azərbaycanın xeyrinə imtina etməsini və ya bu ərazilərdə müəyyən fəaliyyət sferalarının uzunmüddətli konsessiyasını özündə ehtiva edə bilər.
Təbii ki, bu təklifi Ermənistanın ərazi bütövlüyünə hörmətsizlik hesab edənlər olacaq, amma tarixdə bunun örnəyi var. Misal üçün, İkinci Dünya müharibəsindən sonra Şərqi Rusiya ərazisi Polşaya təzminat kimi verildi. Ermənistan təzminat müqabilində Türkiyə ilə sərhədimizi genişləndirəcək müəyyən ərazi (İqdır tərəfdə) və ya Zəngəzur dəhlizi boyu torpaqları verə bilər.
Turan Rzayev
MİA.AZ
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?