12 oyunda 1 qələbəsi olan "Səbail" komandası: pullar göydə uçur, yaxud "Rauf Vəliyev nə vaxt qovarsa, qovsun!" planı....
23-09-2024 [13:24]
“Səbail”in baş məşqçisi Şahin Diniyev dünən “Sabah”a 2:4 hesablı məğlubiyyətdən sonra ənənəvi bəhanələr söylədi. Heç bir maddi sıxıntısı olmasa da, son 12 rəsmi görüşdə yalnız 1 qələbəsi olan (5 oyun ötən mövsümün sonunda, 7 oyun indiki çempionat) komandanın çalışdırıcısı sözü qurtaran aşıqlar kimi, “düzgün yoldayıq, düzgün yoldayıq” dedi.
Sitat: “Səbail” yeni qurulan komandadı, futbolçuların birlikdə oynamasına ehtiyac var. Hər oyunda irəliləyiş görünür. Düzgün yoldayıq”.
Əvvəla, “Səbail” yeni qurulmayıb, 2016/2017 mövsümündən Misli Premyer Liqasında çıxış edir. Diniyev isə 2022-ci ilin sonundan bu komandada çalışır, bütün transferlərdə birbaşa rolu, razılığı var. Bir vaqon legioner göndərib, bir o qədər də gətirirsənsə, deməli, başqa maraqlar yox deyil.
Diniyevə deyin ki, çempionatın yeganə yeni komandası “Şamaxı”dı, Ayxan Abbasov 1 aya komanda yığıb, nəticəsi də göz qabağında, “Səbail”dən düz 7 xal öndədi.
Maraqlıdı, hər oyunda irəliləyiş görünürsə, komanda düzgün yoldadırsa, “Səbail” niyə 12 oyunda yalnız bir qələbə qazanıb, niyə autsayderdi? Hər oyunda 2-3 top buraxmaq, nə vaxtdan irəliləyiş sayılır?
12 oyunda 1 qələbəsi olan Diniyevin “düzgün yolu” budurmu?
Mən tanıdığım Diniyev bundan sonra 12 oyunda da uduzsa, istefa verəsi deyil. Bunun üçün gərək insanda istefa mədəniyyəti ola. Dəqiq bildiyi odu ki, kimsə ona qucaq açmayacaq. Bu səbəbdən ASCO rəhbərliyinin başının altına yastıq qoymaqla məşğuldu. Yəni, Rauf Vəliyev nə vaxt qovarsa, qovsun!.
İxtiyar Əsgərov,
İdman yazarı
MİA.AZ
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR