Prezidentin nəvəsindən anası haqda gözlənilməz açıqlama

img

12-07-2014 [14:48]


Özbəkistan prezidenti İslam Kərimovun nəvəsi anası Gülnarə Kərimovanın sağ olmasının sübuta yetirilməsini xahiş edib.

ANS PRESS-in məlumatına görə, nəvə İslam Kərimov bildirib ki, o, anasından hələ də heç bir xəbər ala bilmir.

"Anamı "ev dustağı”nda saxlayan şəxslərdən xahiş etmişəm ki, heç olmasa onun şəkil və ya videosunu mənə göstərsinlər. İstəyirəm görüm ki, anam sağdır və hər şey aydasındadır”, deyə Gülnarə Kərimovanın oğlu bildirib.

Qeyd edək ki, Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovadan bu ilin əvvəlindən xəbər yoxdur. Özbəkistan mətbuatında Gülnarə Kərimovanın ölüm xəbəri də yayılmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA