"NEFTÇİ"DƏ ANARXİYA: qruplaşmalar, milyonları dağıdanlar, ciblərinə dolduranlar və...
19-09-2024 [13:10]
"Neftçi"ni ölü vəziyyətinə gətiriblər. Paytaxt təmsilçisi ötən mövsüm ölkə yarışlarında fiaskoya uğradı, Avropa turnirində iştirak arzusu da puç oldu.
SOCAR prezidenti Rövşən Nəcəfin rəhbərliyi dövründə olduğu kimi, Hafiz Zeynalovun başçılığı altında klub uğursuzluğunu davam etdirir.
"Neftçi"nin Müşahidə Şurasının üzvü, elm və təhsil naziri, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev də prosesləri yalnız müşahidə etməklə məşğuldur.
Keçmiş səhvlərdən dərs almayıblar. Komandanın daxilində qruplaşmalar, milyonları dağıdanlar, ciblərinə dolduranlar var.
Bir ildən sonra nəhayət "Neftçi" ayıldı ki, klubun düşmənlərindən biri idman direktoru Yens Anderssondur. Paytaxf təmsilçisi bu şəxsi kənarlaşdırıb. "Neftçi" məlumat yayıb ki, müqaviləyə isveçli şəxsin öz xahişi ilə qarşılıqlı razılıq əsasında xitam verilib və bu qərar komandanın son həftələrdə göstərdiyi nəticələrlə əlaqədar deyil.
Yens Andersson 2023-cü ilin sentyabrından "ağ-qaralar"da çalışırdı.
"Neftçi" futbolçu seçimində olduğu kimi, idarəçilik məsələsində də səhv yolla getdiyini təsdiqlədi. İsveçli futbol adamı 1 il ərzində Azərbaycan klubunda azı 1 milyon manat qazandı. "Neftçi" nə qədər "ört-basdır" etməyə çalışsa da, komandanın "ölü"yə çevrilməsində Yens Andersson da əsas günahkardır. O, aranı qarışdırırdı. Əvvəla, bəzi səviyyəsiz futbolçuları gətirərək, bundan da qazanc əldə etdi. Daha çox "yeyib-yatmaq"la yadda qaldı. Yens Andersson futbolçulardan Emin Mahmudovla Qara Qarayevin "vurulması"nda rol oynayırdı. Hətta əldə etdiyimiz məlumata görə, o, getməzdən əvvəl hər iki futbolçuya bildirmişdi ki, komandada qalmaları üçün klubun təklif etdiyi məbləğə razı olmalıdırlar, əks halda, göndəriləcəklər. Eminlə Qara isə ona deyib ki, öz pulun azaldılmalıdır. Yeni baş məşqçi Roman Qriqorçuk Qara Qarayevi əvəzedici komandaya göndərib. Kapitan Emin Mahmudovun sıxışdırlmasının davam etməsi mənfi haldır.
SOCAR prezidenti Rövşən Nəcəfin gətirdiyi Yens Anderssonun yeni baş icraçı direktor Cenk Sümerlə də münasibətləri pis idi. Komandanın düşməninə çevrilən isveçli şəxsin qovulmasında bu çəkişmənin də rolu oldu.
"Neftçi"ni bərbad vəziyyətə salanların ən yekəsi idman müşaviri Kamil Məmmədov hesab olunur. Bu şəxs komandaya gəldiyi gündən keyfiyyətsiz futbolçuları "sırımaq"la ciblərini doldurdu. Axırda da "ağ-qaralar" "qara" günə qaldılar: ölkə yarışlarında rəzil oldular, Avropa turnirindən də kənarda qaldılar.
"Neftçi"dən qovulacaq növbəti şəxsin Kamil Məmmədov olacağı gözlənilir.
Yeni baş Roman Qriqorçukun da vəziyyəti ağırdır. Onun da qovulmaq ərəfəsində olduğu bildirilir. Əlbəttə ki, 6 oyundan 4 xal toplayan, qələbəsiz, 9-cu pillədə olan autsayder komandanın belə çıxışı rəhbərliyi qəzəbləndirib: baş məşqçidən çempion "Qarabağ"dan xal qoparmaq tələb olunub. Əks halda, istefa qaçılmaz ola bilər.
Ukraynalı məşqçinin bəzi klub rəsmiləri və futbolçularıyla konflikti olması da komandanı bataqlığa salıb. Çox güman ki, buna görə, bir neçə oyunçunun qəsdən yaxşı oynamaması səbəbindən "Neftçi" son matçda "Zirə"yə məğlub oldu. Oyundan əvvəl pafoslu, lovğa danışan Qriqorçuk, matçdan sonra üzr istəmək məcburiyyətində qaldı, səhhətindən şikayətləndi.
"Neftçi" qarşıdakı oyunda yeni təmir olunan "Neftçi Arena"da "Qarabağ"a da məğlub olacağından, azarkeşlərin sərt təzyiqindən qorxaraq, matçın məkanının Suraxanıya dəyişdirilməsinə nail oldu. Bu oyunda da paytaxt klubunun məğlub olacağı təqdirdə, baş məşqçi Roman Qriqorçuku istefaya göndərib "Sumqayıt"ın prezidenti Riad Rəfiyevlə münaqişəsi olan baş məşqçi Samir Abbasovu gətirəcəyi bildirilir.
Görün, "flaqman"ı necə vəziyyətə gətiriblər ki, çempionluq yox, premyer liqada qalmaq uğrunda mübarizə aparır.
"Neftçi"də talana, yalana, saxtakarlığa son qoyulmadıqca, vəziyyət belə davam edəcək.
Anar Cəfərsoy
Supersuport.az
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR