Joze Mourinyo: "Ən vacibi 3 xal qazanmaq idi, bunu da qazandıq”

img

16-09-2024 [00:05]


Türkiyə Super Liqasının 5-ci turunda "Kasımpaşa"nı səfərdə 2:0 hesabı ilə məğlub edən "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo oyundan sonra maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, portuqaliyalı məşqçi  Rəcəb Tayyib Ərdoğan stadionunda matçdan sonra təşkil edilən mətbuat konfransında sualları cavablandırıb.

Əzəli rəqib "Qalatasaray"ın son turda çox asan qələbə qazandığını qeyd edən Mourinyo bildirib ki, həmişə yığmanın oyunlarına görə yaranan fasilədən sonra komandaların oyunu çətin olur: "Çünki futbolçuların diqqəti dəyişir. Yaxud yorğun olurlar. Məsələn, yığmanın oyunundan dönən  Dzeko 3 gün içində 2 matçın hər birində 90 dəqiqə oynadı. Belə hallalara görə komandalar özlərini toparmaqda bəzən çətinlik çəkirlər. Oynda gəldikdə, ilk hissədə yaxşı idik, ikinci hissədə isə futbolçularım rəqibə oynamaq imkanları verdi. Təbii ki, mən bu oyun sistemini qəbul edə bilmərəm, amma yığmanın oyunlarından sonra ən vacibi 3 xal qazanmaq idi, bunu da qazandıq”.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR