Rəsmi Bakıdan Paşinyana cavab gecikmədi: "...sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq"
10-09-2024 [19:31]
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibət açıqlayıb.
Mia.az A.Hacızadənin Paşinyana cavabını təqdim edir:
”Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır.
Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.
Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.
Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.
Almatı bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik.
Kommunikasiyaların açılması məsələsində də Ermənistan Baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb.
Ümumilikdə, üçtərəfli bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneçilik törədildiyini, yerli ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il anti-terror tədbirlərindən sonra erməni əsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır.
Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub”.
Müxtəlif platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq".
QHT-lərə dövlət dəstəyi konsepsiyası yenilənir
İsrail əsgərləri 30 il əvəl öldürülən HƏMAS komandirinin həyat yoldaşını saxladı və... - FOTO
DSMF: "Orta aylıq pensiya 543 manata yüksəlib"
Həbsdə olan keçmiş deputat Ali Məhkəməyə müraciət edib
Konstitusiya Məhkəməsinin keçmiş hakimi vəfat edib
"Azərbaycan Dəmir Yolları"nda növbəti təyinat olub
ABŞ Venesuela neftini satıb - 500 milyon dollarlıq
BDU Misir Mərdanovla bağlı xəbəri təkzib etdi - Sabiq nazir isə "Başım sakit yaşayıram" deyir
Suriya ordusu YPG-lilərə yenə vaxt verdi - Hələb çöllüyündə böyük savaşa hazırlıq gedir (FOTO)
"Neftçi” istefaya göndərdiyi Samir Abasovun maaşını hər ay dəyəcək
Milli Qəhrəman Şahin Tağıyev Memorial Məzarlıqda dəfn olunacaq
Abşeronda gölləri qurudub satıblar: subasmanın fəsadları və... - VİDEO + AÇIQLAMALAR
Xırdalanda bir yaşlı körpə ölüb
Səməd Seyidov: “Ermənilərin geri göndərilməsi məsələsinə gəlincə..."
Bölgələrə güclü qar yağır
Azərbaycan nefti cüzi ucuzlaşdı
8 vəkil hakim təyin olunub, 7 vəkilə haqqında isə intizam tənbehi tədbirləri tətbiq edilib
Lənkəranda qardaş qardaşı bıçaqlayıb
İran qan gölünə çevrilib - Aksiyada ölənlərin sayı 2615-ə çatıb
Danimarka Müdafiə naziri: "ABŞ hipotetik vəziyyətdədir" - Daha bir ölkə adaya qoşun göndərir
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi