Hollandiyalı futbolçu Braziliyaya transfer olunub

img

10-09-2024 [18:13]


Məşhur hollandiyalı futbolçu Braziliya Liqası komandalarından olan "Korintians"la anlaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  "Atletiko Madrid"də çıxış edən hollandiyalı futbolçu Memfis Depay "Korintians"la 2 illik müqavilə imzalayıb.

30 yaşlı futbolçunun bu transferi gözlənilməz sayılıb.

Xatırladaq ki, hollandiyalı mərkəz hücumçusu ötən mövsüm İspaniyada 31 matçda 9 dəfə fərqlənib.

O, 2024-cü il Avropa çempionatında 6 dəfə milli formanı geyinib və 1 qol vurub. Lakin baş məşqçi Ronald Kuman təcrübəli futbolçunu sentyabrda Millətlər Liqasının oyunlarına çağırmayıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA