İyi Partiyadan növbəti istefa - Deputat partiyadan ayrıldı

img

06-09-2024 [16:24]


İYİ Partiyasıdan daha bir deputat istefa verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyanın Kayseridən deputatı Dursun Ataş bu gün partiyadan ayrıldığını haqda bəyanat yayıb.

O bildirib ki, bu qərarı ona millətin ona verdiyi təmsilçilik səlahiyyətini daha yaxşı istifadə etməyə şərait yaradacaq: "Bu, indi zəruri və qaçılmazdır".

Deputat bundan sonra müstəqil fəaliyyət göstərəcəyini də sözlərinə əlavə edib.

Məlumatda o da deyilir ki, Dursun Ataşın istefası ilə İYİ Partiyasının parlamentdəki deputat sayı 31-ə enib, müstəqil deputatların sayı isə 7-yə yüksəlib.

Zülfiyyə
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 10.10.2024

Sabah yağış yağacaq