Aboubakar "Atakaş Hatayspor"la anlaşıb - Növbədə daha iki oyunçu var

img

05-09-2024 [11:13]


"Beşiktaş"da azrzuolunmaz futbolçu sttausunda olan 32 yaşlı Vinsent Abubakar komandadan göndərilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kamerunlu futbolçu superliqada çıxış edən "Atakaş Hatayspor"la müqavilə bağlamaq üzrədir.

Xatırladaq ki, ötən mövsüm 34 matçda meydana çıxan Vinsent Abubakar 12 qol vurub, 3 məhsuldar ötürmə edib. Lakin o, ötən mövsümün ikinci hissəsindən oyunlara çıxmamaq üçün müxtəlif bəhanələr etməyə başlayıb. Bundan sonra azarkeş və məşqçi heyətinin "bir nömrəli düşmən"inə çevrilib.

Onu da qeyd edək ki, transfer pəncərəsinin bağlandığı günə qədər, yəni, sentyabrın 13-dək komandada əcnəbi sayını 14-ə endirməyə çalışan "Beşiktaş" Daniel Amartey və Aleks Oksleyd-Çemberleynlə də yollarını ayırmaq istəyir.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA