Baş məşqçi əsəbi, media koordinatoru isə... - “Neftçi” rəsmiləri niyə jurnalistlərə çəmkirir?
04-09-2024 [00:05]
Futboldan yazanda mütləq AFFA-da, Peşəkar Futbol Liqasında (PFL), futbol klublarında ictimaiyyətlə, media ilə əlaqələr üzrə təyin edilən həmkarlarıma işim düşür.
Mətbuat konfranslarında da əsasən onlar çıxır qabağıma. Onların işi isə bizim agzımızı yummaq yox, işimizi görməyə şərait yaratmaqdı.
Təkcə mətbuat konfranslarında yox, təmsil etdiyi qurumların fəaliyyətinə dair bütün məsələlərdən hər zaman bizə söz daşımağa məsul edilən adamlardı.
Bəzən azacıq hündür kresloda oturmaq, hansısa klub rəhbərinin, yaxud məşqçinin yaxınında yer almaq onları bir başqa havaya köklədir. Halbuki aramızdakı fərq, sadəcə, konfrans zalında qonaqların və suallara cavab verənlərin əyləşdiyi yerdir. Sadəcə, bir az yuxarıda otururlar ki, biz onları yaxşı görə bilək.
Bu adamların bizi yönəltməyə, ayrıseçkilik qoymağa, üstümüzə çəmkirməyə, dişini qıcamağa heç ixtiyarı yoxdur.
Məni maraqlandıran məsələyə aydınlıq gətirmək üçün etik normalar çərçivəsində istədiyim sualı verə bilərəm.
Cavab qane etməyəndə, dəqiqləşdirmək də elə mənim işimdi. Mənim ağzımı bağlamaq, yönəltməyə çalışmaq, üstümə çəmkirmək çox çirkin davranışdı. Bəsitlikdi. Peşəkarlıqdan uzaqdı. Yekəxanalıqdı, hətta.
Belə hallarla çox nadir hallarda üzləşirəm. O da o vaxt baş verir ki, qarşımdakı şəxs oturduğu kresloya həddindən artıq güvənir və oradakı mövqeyindən istifadə etməyə çalışır.
Məsələn, o gün “Neftçi” Futbol Klubunun (FK) baş məşqçisinin mətbuat konfransında Rüstəm Əfsərli mənə çəmkirib. Baş məşqçiyə sual verirlər, o da cavabdan yayınır, deyir, özüm bilərəm, siz bizim daxili işimizə qarışmayın.
Halbuki, məsələ çox bəsit. Adam çalışdırdığı komandanın marağı və mənafeyi əleyhinə addım atırsa, bunu soruşmaq mənim işimdir. Klubların fəaliyyəti ictimaiyyət üçün açıqdı, açıq olmalıdır.
Maliyyə və texniki baxımdan qəbul edilən qərarlar çoxsaylı azarkeş ordusunun diqqətindədi. Sənin işin gizli, mübhəm ola bilməz. Dövlət sirri əhəmiyyəti daşımır sənin hərəkətlərin. Əksinə, bizim tələb etdiyimizdən daha artıq dərəcədə şəffaf olmalısınız ki, oyunların satılması, müxtəlif maliyyə maxinasiyaları, sponsorların gizli sövdələşmələri, klubdaxili nüfuz dartışmaları, intriqalar haqqında çeşidli və rəngarəng şaiyələr ayaq açmasın. Gündəmi dezinformasiya ilə yox, birinci əldən səhih məlumatlarla doldurasınız.
Həmkarımın baş məşqçiyə verdiyi sualı maraqlıydı və mən suala geri dönüş etməyə, cavab almağa çalışıram və bu tərəfdən Əfsərli yenə dirəşir və mənə çəmkirir ki, “Polemika açma, başqa sualın varsa, ver”.
Mənim başqa nə sualım ola bilər ki, bundan sonra, Rüstəm Əfsərli? Siz deyin, biz də sizə rahat, uyğun olan, yuxunuzu qaçırtmayan, ovqatınızı təlx etməyən suallar verək. Ya ümumiyyətlə, susaq. Quzu balası kimi nə deyirsinizsə, onu da edək. Onsuz da komandanızın baş məşqçisi də əsəbi, emosional adamdı, söz deyəndə dava axtarır, siz də ona qoşulub dartının üstümüzə, bağlayın agzımızı.
Əfsərli, əslində, elə mənim kimi jurnalistdir. Mənim kimi, Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsini bitirib. Əvvəllər mediada çalışıb. Nə olsun, əvvəl “Neftçi” FK-nun mətbuat katibi, indi də media üzrə koordinatorudu. Bizim ki, şinelimizdən çıxıb. Bilmir ki, özünə hörmət edən heç bir jurnalist onun bu bəsit davranışını sinəyə çəkib, yerində oturmayacaq? Bilmirsə, onda gərək mən özüm deyəm ona.
Söz yox ki, Əfsərlinin hərəkətindən PFL-ə şifahi şikayət etmişəm, yazılı da yazacam. Eyni zamanda Mətbuat Şurası ilə də müzakirə edəcəyəm, bəlkə mətbuat xidmətlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə baglı gələcəkdə hansısa tədbirlərin keçirilməsi, tövsiyələrin verilməsi mümkün ola bilər. Düşünürəm ki, problemi şəxsiləşdirmədən ictimai müzakirəyə çıxara bilsək, daha dayanıqlı nəticələr əldə edə bilərik.
Çünki aşagı-yuxarı futbol klublarının mətbuat xidmətlərinin fəaliyyəti demək olar ki, eyni problemlərdən ibarətdi.
Məsələn, əməkdaşlığa könülsüz mətbuat katiblərindən biri də “Qarabag” Futbol Klubunun (FK) sözçüsü Anar Hacıyevdi. Bəlkə də başqa həmkarla arası yaxşıdı, amma bu ilin mart ayında mən ona təmsil etdiyi klubun futbolçularından biri ilə görüşmək üçün müraciət etdim, votsap platforması üzərindən, 2 aydan sonra mesajı oxudu, onda da cavab vermədi. Nə “hə” dedi, nə “yox”.
İndi durub mənə deməyin ki, votsapa niyə yazmısan. Xeyr. Azərbaycan çoxdan elektron hökumət sisteminə keçib, sosial şəbəkələr də daxil olmaqla, bütün elektron əlaqə platformaları rəsmi yazışma vasitəsi, dəftərxana sənədləri sayılır. Nazirliklərdən (Məsələn, praktikada Daxili İşlər Nazirliyi) tutmuş, icra strukturlarına qədər elektron vasitələrlə, sosial şəbəkələr üzərindən həyata keçirilən müraciətlərimizə mətbuat xidmətləri və digər departamentlər operativ şəkildə cavab verir və bu yazışmalar rəsmi dəftərxana fəaliyyətidi.
Hazırda rəsmi şəxslərdən müsahibə alırıq "votsap"la, mesencer vasitəsilə. Məktub göndəririk rəsmi şəkildə.
Yəni, müraciət edirik sizlərə, ay mətbuat xidmətləri, amma bizi iqnor edəndə məcburuq digər kanallar vasitəsilə işimizi görək. Mənə o gün irad tutublar ki, niyə mətbuat xidməti ola-ola, yəni, filankəsin başının üstündən filankəsə yaxınlaşmısan.
Mətbuat konfransındakı hadisəni illərin dostu olan həmkarımla müzakirə eləmişəm o gün. Deyir, qadın olduğun üçün Rüstəm Əfsərli sənə elə çəmkirib.
“Qadınlar nə anlayır futboldan” kimi bir şeydi bu.
“Mən o sualı verərdim, sən baxardın, görək, Əfsərlinin hünəri olardımı mənim üstümə çəmkirsin?! “Neftçi” klub olaraq nə gündədi, əvvəlcə bundan danışsınlar, sonra jurnalistlərə agıl öyrədərlər”, - deyə həmkarım bildirir.
“Neftçi”nin həqiqətən problemlərlə yaşadığını müşahidə etmək çox agırdı. Azərbaycan çempionatı yeni başlayıb və indidən problemlər qabarıq şəkildə üzə çıxmaqdadı. Hərçənd, o gün baş məşqçi “təzə başlamışam, mənə vaxt verin, hər şeyi fundamentdən qurmağa çalışıram” kimi bir şeylər deyirdi. Amma bir problemin ki, kökü səndə deyil-ha, ay baş məşqçi, istəyirsən klubun fəaliyyətinə dair informasiyanı lap “tamamilə məxfi” qrifi ilə arxivləşdir, nə faydası var?
Mənim acığım tutur “Neftçi”nin illərlə qazandıgı uğurlarının, tarixi keçmişinin, ölkə azarkeşlərinin kumirinin hörmətsiz vəziyyətə salınmasına. Minlərlə insanın unudulmaz coşqusunun xatirəsi yatır “Neftçi”nin tarixində.
Bizə “başqa sualın var”, - deyə çəmkirən həmkarlar əvvəlcə bu çöküşün səbəbini söyləsinlər bizə.
Sonra yenə danışarıq, görək mətbuat konfransında polemika açan kimdi, deyə.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb
Qəzzada ölənlərin sayı 65 mini ötdü
Sabah Sabunçu rayonunun bəzi ərazilərində qaz olmayacaq - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb - Dəyişiklik
Azərbaycan və BƏƏ arasında Birgə Biznes Şurası yaradılıb
İlham Əliyev ilk Baş nazirlə bağlı sərəncam imzaladı
FİFA Türkiyə klubunu cəzalandırıb
AYNA-ya yeni səlahiyyət veriləcək
"Neftçi"nin yumruq atan futbolçusuna "yox" deyildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Keçmiş kollec direktoru haqqında cinayət işi açılma xəbərinə belə reaksiya verdi: "Xəbərsizəm..."
Marta Kos sabah Azərbaycana gələcək
Azərbaycan xalq mahnısının ələ salındığı serial... - Partiya sədri "bu, əməliyyatdır, yayımı qadağan olunmalıdır" deyir
Qarabağ Universitetinin yataqxanası istifadəyə verildi - FOTOLAR
Müğənni Xatirə İslamla Tacir Şahmalıoğlu asında qalmaqal böyüyür
İSRAİLİN SURİYAYA TƏKLİF ETDİYİ SAZİŞ: "Bu şərtlərə əməl etsəniz, ölkənizdən çıxarıq"
Bakı metrosunda iş rejimi dəyişib
Azərbaycan Kuboku: püşk atılıb
Yağışlı hava bu tarixədək davam edəcək
MİT direktoru Suriyaya gedib - Ahmet Şara ilə müzakirə olacaq
Şirvan şəhərində yoxlama... - İcra Hakimiyyəti açıqlama yaydı
Partiya funksionerini şantaj ediblər - Oğlunun əməli ilə
Qəzzada daha 29 nəfər ölüb
GENERALIN ƏMLAKLARINA HƏBS QOYULDU - Məhkəmə işi
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldaq... - Fuzuli rayon sakini haqda məhkəmə qərar verdi
Çempionlar Liqası: Osimhen oynamayacaq?
"Qarabağ" Joze Mourinyoya qapı açdı - "Benfika"də dəyişilik
"Azərpoçt"un adından saxta mesajlar yayılır
İsrail ordusu Qəzza zolağına 50 hava zərbəsi endirib
CHP-yə qarşı daha bir həmlə - Bələdiyyə sədri qandallandı
Misli.az qadın futbolunu niyə bloklayır?
Sabah hava necə olacaq? - Proqnoz
BU DÖVLƏT QURUMALARININ İŞÇİLƏRİ 5 GÜN EVDƏN İŞLƏYƏCƏK - SİYAHI
Deputatdan təklif: "Yaxşı olardı ki, vergi güzəşt müddəti uzadılsın"
“Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən?" - Deputat " yaxası əldə olan bizik" deyir
Türkiyədə gərgin siyasi atmosfer: hansı partiya önə çıxır? - SORĞU
ABŞ "TikTok"un 80 faizini alıb - Şərtlər açıqlandı
"Bu, Azərbaycan futbolunun, Azərbaycan idmanının tarixi zəfəridir" - İlham Əliyev "Qarabağ"ı təbrik edib
İlham Əliyev Trampdan yazdı: "Dostluğumuzu yüksək dəyərləndirirəm"