Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb

img

28-08-2024 [16:10]


AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

MİA.AZ xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının birinci mərhələsində iştirak edəcək.

K.Mehdiyeva 8-ci qrupun oyunlarının UEFA nümayəndəsi olacaq.

Lüksemburqun “Achille Hammerel” stadionunda sentyabrın 4-də, Bakı vaxtı ilə saat 15:00-da BIIK (Qazaxıstan) – NSA (Bolqarıstan), həmin gün saat 21:00-da “Rasinq Union” (Lüksemburq) – “Qalatasaray” (Türkiyə) görüşü keçiriləcək. Sentyabrın 7-də, Bakı vaxtı ilə saat 15:00-da isə cütlərin məğlubları, 21:00-da qalibləri qarşılaşacaqlar.

Qeyd edək ki, K.Mehdiyeva 4 oyunun hamısında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA