Tanınmış aktyor vəfat etdi

img

10-07-2014 [07:38]


Azərbaycanın tanınmış səhnə ustası, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Eynəli Bilal oğlu Nurullayev qısa müddətli xəstəlikdən sonra iyulun 9-da günorta saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasıya şöbəsində 67 yaşında vəfat edib


Aktyor dünən doğulduğu Darquba kəndində dəfn olunub.

E.Nurullayev 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1969-73-cü illərdə Hüseyn Ərəblinski adına Lənkəran rayon xalq teatrının rejissoru vəzifəsində işləyib. 1973-cü ildən ömrünün sonuna kimi N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışıb. 

100-dən çox obraza səhnə həyatı bəxş edən və rejissor kimi 10-a yaxın əsərə quruluş verən E.Nurullayev ictimai və yaradıcılıq fəaliyyətinə görə 1979-ci ildə Respublika Ali Sovetinin Fəxri Fərmanı, 2013-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, bir sıra nüfuzlu sənət festivallarında diplomlara layiq görülüb.(apa)

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA