Ağsuda əməliyyat: qadın 3.5 kq narkotiklə tutulub - FOTO

img

23-08-2024 [09:29]


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:48 03.05.2025

Hərbçimiz vəfat edib

18:13 02.05.2025

Ərdoğan KKTC-yə gedir