"Çelsi" 24 yaşlı hücumçu ilə 7 illik müqavilə imzalayıb

img

21-08-2024 [19:15]


"Çelsi" İspaniyanın "Atletiko Madrid" klubundan 24 yaşlı hücumçunu transfer edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Çelsi" açıqlama yayıb.

Klub "Atletiko Madrid"dən Joao Feliksi heyətinə qatdığını təsdiqləyib: "Bu tarnsferi elan etməkdən sevincliyik".

Klubdan bildirilib ki, Portuqaliya millisinin futbolçusu ilə 7 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Feliks ötən mövsüm "Atletiko Madrid"də 44 matçda 10 qol vurub, 6 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA