ETSN: Azərbaycanda ildırım nəticəsində dövlət qoruğunda yanğın baş verib

img

08-07-2014 [11:18]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) iyulun 7-də Qəbələ rayonunda qeydə alınan yanğın hadisəsi ilə bağlı məlumat açıqlayıb.

ETSN-in mətbuat xidmətinin rəhbəri İradə İbrahimova apa-ya açıqlamasında bildirib ki, iyulun 7-də saat 17:00 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Türyançay Dövlət Təbiət Qoruğunun yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

Onun sözlərinə görə, həmin ərazi yüksəklikdə yerləşdiyi üçün meşə sahəsi yoxdur və hadisə nəticəsində orada yerləşən quru ot və kol örtüyü yanıb. Yanğının qarşısının alınması üçün dərhal ETSNnin yerli qurumlarının, FHN-in Ağdaş və Qəbələ Yanğından Mühafizə hissələrinin əməkdaşları əraziyə cəlb olunub. Yanğın qısa zamanda lokallaşdırılaraq saat 20:00 radələrində tam olaraq söndürülüb.

İlkin ehtimala görə, yanğının ildırım nəticəsində baş verdiyi güman edilir. Yanğın nəticəsində qoruğun 2 hektar ərazisindəki quru ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA