Samarada iki azərbaycanlı maşında diri-diri yanıb

img

07-07-2014 [11:30]


Samarada baş verən yol qəzasında iki azərbaycanlı dünyasını dəyişib. APA TV-nin məlumatına görə, hadisə şəhərin Avropa və Qaqarin küçələrinin kəsişməsində baş verib. Gecə saatlarında Qaqarin küçəsi ilə hərəkət edən "Lada Priora” markalı avtomobil Avropa küçəsi ilə yüksək hərəkətdə olan Chevrolet Cruze maşını ilə toqquşub. Toqquşma nəticəsində "Lada Priora” alışıb, maşında olan iki nəfər dünyasını dəyişib. Bir yaralı isə xəstəxanaya çatdırılıb. Ölən şəxslərdən birinin 30 yaşlı Azərbaycan vətəndaşı olduğu bildirilsə də, onun adı açıqlanmır. Yerli bloqqerlər ikinci şəxsin də azərbaycanlı olduğunu yazıblar. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA