Üç dayısını yandırıb öldürən şəxsə ömürlük cəza verildi

img

07-07-2014 [16:33]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Abbasov ömürlük olaraq azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasov dayıları - Dünyamalı Mirzəyev, Yadigar Mirzəyev və Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA