İsmayıllıda 81 yaşlı qadını döyərək öldürən tutuldu

img

05-07-2014 [15:52]


İsmayıllıda 81 yaşlı qadını küçənin ortasında döyərək öldürən şəxsin kimliyi məlum olub. 

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Q.Aslanov küçəsində 81 yaşlı Rəbiyyə Talıbovanın üzərində zorakılıq əlamətləri (döyülmə xarakterli) olan meyiti tapılmışdı.

Məlumat daxil olan kimi dərhal əməliyyat-axtarış qrupu yaradılıb. Keçirilən əməliyyat öz bəhrəsini verib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Talıbovanı taxta parçası ilə döyərək öldürən şəxsin kimliyi məlum olub. Məlum olub ki, yaşlı qadını vəhşicəsinə öldürən şəxs İsmayıllı rayon sakini Elburus Cəbiyevdir.

Dərhal E.Cəbiyev tutulub və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA