“Riyad” mühahifizə xidmətinin əməkdaşları Qarabağ veteranını döyüblər

img

07-07-2014 [13:14]


Xəbər verildiyi kimi, 17 yanvar 2014-cu il tarixində iş adamı Azad İsmayilovun göstərişi ilə "Riyad” mühahifizə xidmətinin əməkdaşları Qarabağ müharibəsi qazisi Niyaz Əmiraslanov və arxa cəbhə veteranı olan atası Vəli Əmraslanova hücum çəkərək onları evlərinin qarşısında döymüşlər. 

Bu vandalizm hadisəsi zamanı müharibə qazisi və atası müxtəlif bədən xəsarətləri almışlar. Yaşlı atanın qolu sındırılmışdi. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinə şikayət edilməsinə baxmayaraq, indiyədək hər hansı bir araşdırılma da aparılmayıb. Məsələni hüquq- mühafizə orqanları bir-birinin üzərinə atmaqdadırlar. İndiyədək iş Ryon Polis İdarəsinin müstəntiqlərinin ötür-ötürməsindədir. Görünür, rayon hüquq-mühafizə orqanları, xüsusən də Binəqədi Rayon Polis İdarəsi iş adamının xatirinə dəymək istəmirlər, yaxud da "Real”ın adından qorxurlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA