Imişlidə 90 yaşlı şəhid atasının sinəsini sındırdılar - DÖYÜLMƏ

img

01-07-2014 [21:34]


İmişli rayonunun Şahverdi kəndində 90 yaşlı şəhid atası Əli Cahangir oğlu İmanov döyülüb


Nəticədə onun qolları və sinə sümüyü sınıb.

Bu barədə virtualaz.org saytına  Ə.İmanovun yaxınları məlumat veriblər.

Xəbərdə deyilir ki, mübahisə su borusu üstündə baş verib. Ələkbər adlı kənd sakini oğlu Hüseynlə birgə Əli İmanovun oğlu Daşqın İmanovu döyüb: "Daşqın su borusunu təmizləyərkən qəflətən boynundan zərbə vurublar. Onun yıxıldığını görüb döyməyə başlayıblar. Ata Əli İmanov isə oğlunu qorumaq istəyib. Nəticədə hər ikisi ciddi xəsarət alıblar. Daşqın İmanov çənə sümüyünün qırılması, ağır kəllə-beyin travması diaqnozu ilə Bakıya-Tibbi Klinik Xəstəxanasına gətirilib. Əməliyyat olunsa da vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, hadisə iyunun 27-də baş verib.

İmişli Rayon İcra Hakimiyyətindən virtualaz.org saytına bildiriblər ki, faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır: "Baş verən hadisə araşdırılır. Bu məsələyə yalnız polis aydınlıq gətirə bilər”.

İmişli Rayon Polis Şöbəsindən isə dedilər ki, onların hadisə ilə bağlı açıqlama vermək ixtiyarı yoxdur.

Xatırladaq ki, şəhidin atasını döyən şəxslər hələ də saxlanılmayıb. Ailə məsələ ilə bağlı hüquq müdafiəçilərindən yardım istəyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA