Bakıda 17 yaşlı qız qarpızdan öldü

img

07-07-2014 [13:00]


Qarpız zəhərlənməsi Bakıda gənc qızın ölümünə səbəb olub.ANS PRESS-in məlumatına görə, bu, 17 yaşlı Həsənli Gülarə Sərvan qızıdır. Bakının Suraxanı rayonu, yeni Günəşli massivi 66-cı binada yaşayan xanım ötən gecə özünü pis hiss etdiyindən təcili yardım çağırılıb.

Ailə üzvlərinin sözlərinə görə, ilk olaraq gələn təcili tibbi yardım həkimi onun qarpızdan zəhərləndiyini müəyyən edib.

Vəziyyəti ağır olduğundan təcili tibbi yardımla aparıldığı ilk xəstəxanada yaşının az olduğu əsas gətirilərək qəbul edilməyib. Sonra yeniyetmə qanköçürmə xəstəxanasına aparılıb. Burada isə həkimlərin cəhdinə baxmayaraq, 17 yaşlı Gülarənin həyatını xilas etmək mümkün olmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA