18 yaşlı gənc özünü asdı

img

04-07-2014 [12:59]


Bu gecə Xaçmaz rayonunda 18 yaşlı gənc özünü öldürüb. Rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, hadisə Xaçmaz şəhəri, M.Əcəmi küçəsində baş verib.

Şəhər sakini Əmrah Rəhman oğlu Şərifli qonaq gəldiyi dayısının evində intihar edib. Gənc özünü asıb. Onun meyidini yaxınları aşkarlayıb . Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları gəncin intihar etdiyini müəyyən ediblər.

Qeyd edək ki, Əmrah Şəriflinin atası bu yaxınlarda dünyasını dəyişibmiş. Gəncin də bu səbəbdən depresiyaya düşdüyü bildirilir. Ehtimal olunur ki, gənc oğlan bu səbəbdən özünü öldürüb. Lakin intiharın dəqiq səbəbləri araşdırmalardan sonra məlum olacaq.

Faktla bağlı cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA