“Sən belə yaltaqlanmağı harada öyrənmisən?” - Prezident iş adamına dedi

img

03-07-2014 [20:50]


Qazaxıstanın paytaxtı Astanada "EXPO-2017” üçün tikilməkdə olan nəhəng ticarət mərkəzini "Nur Plaza” adlandırmaq barədə təklifin səslənməsi maraqlı hadisəyə səbəb olub.



Virtualaz.org saytı Qazaxıstanın tengrinews.kz portalına istinadən bildirir ki, "Astana Group” tikinti şirkətinin sahibi olan iş adamı Nurlan Smaqulov "EXPO-2017” kompleksinin ərazisində olacaq bu ticarət mərkəzi barədə prezident Nursultan Nazarbayevə məruzə edib. Biznesmen prezidentin adını nəzərdə tutaraq həmin ticarət mərkəzini "Nur Plaza” adlandırmağı təklif edib.

"Bizim bu mərkəzlə bağlı öz variantımız var. Cənab prezident, əgər siz icazə və xeyir-dua versəniz, onu "Nur Plaza” adlandırardıq” - deyə N.Smaqulov "Astana EXPO-2017” kompleksinə baş çəkən prezident N.Nazarbayevə müraciətlə deyib.

N.Nazarbayevin biznesmenin bu təklifinə reaksiyası çox qəribə və gözlənilməz olub: "Sən belə yaltaqlanmağı harada öyrənmisən?”

Biznesmen də özünü itirməyərək qəfil suala maraqlı cavab verib: "Həyat öyrədib, cənab prezident. "Nur Plaza” yaxşı addır. Burada Nurlanlar çoxdur”.

N.Nazarbayev məsələyə belə nöqtə qoyub: "Yaxşı, onda "Nur Plaza” yox, "Nurlan Plaza” olsun. Nə isə, bu məsələni sonra həll edərik...”


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA