İsmayıllıda qadını döyə-döyə öldürüblər

img

03-07-2014 [14:09]


İsmayıllı rayonunda qadını döyə-döyə öldürüblər. 

Daxili İşlər Naziliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Q.Aslanov küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini Rəbiyyə Talıbovanın üzərində döyülməyə xarakterik zorakılıq əlamətləri olan meyiti tapılıb. Araşdırmalar zamanı qadının döyülərək öldürüldüyü məlum olub.

Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.

anspress

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA