TQDK imtahan nəticələrini açıqladı

img

03-07-2014 [17:32]


"Azərbaycan dili" fənnindən imtahan verən rus bölməsi abituriyentlərinin nəticələri elan olunub.

ANS PRESS-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) istinadla verdiyi məlumata görə, 2014-cü il iyulun 3-də Bakı şəhərində rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili” fənnindən imtahan keçirib.

İmtahanın nəticələri həmin gün – iyulun 3-də TQDK-nın internet saytında yerləşdirilib. İmtahanda iştirak etmiş abituriyentlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 1216 abituriyentdən 528 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 688 abituriyentdən 474 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul” qiyməti alıb.

"Azərbaycan dili” fənnindən məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA