Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24-06-2024 [00:01]
Qoç - ağır gün olsa da, mübarizə hədəfi seçməyə çalışmayın. Rəqiblər sakitləşiblər. Enerji və aktivliyinizdən qarşınızda duran problemlərin həlli üçün yararlansanız, yaxşı nəticələr əldə edəcəksiniz.
İşdə rəhbərlik, özəl fəaliyyətdə isə nüfuzlu şəxslərlə təmaslarda diqqətli və həssas olun. Sərt danışmayın, sözləriniz neqativ reaksiya yaratmasın. Zarafatlarınıza sərhəd qoyun. Yaxınlarınıza diqqətlə yanaşın, qayğı bəsləyin. Amma hamiliyiniz ifrata varmasın.
Buğa - ağır fiziki işlərə başlamayın. İntellektual fəaliyyətə üstünlük verin. Mühüm məsələlələrin çözülməsində tərəfdaş və şəriklərin mövqelərini nəzərə alın. Aktual saydığınız məqamda istəyinizə çatmaq üçün ifrat dərəcədə aqressiv olmayın.
Günün ikinci yarısında ikinci dərəcəli, mənasız məsələləri çox önəmli saymayın. Sənədləşdirmədə gecikmələrə yol verməyin. Əks halda təxirəslamalar və ləngimələr ciddi problemlər yarada bilər.
Əkizlər - ağır, görüləsi işlərin çox olduğu gündür. İndiyədək rəğbət bəslədiyiniz insanlarla ünsiyyətdən çox tez yorula bilərsiniz.
Maliyyə və əmlakla bağlı xoşagəlməz xəbərlər istisna deyil.
Yaranmış problemləri həll etmək üçün hadisə yerində olmalısınız.
İnsanların gur olduğu yerlərdən kənarda çalışın, tədbirlərə qatılmayın. Belə tədbirdə narahatlıq hissinin yaranması, kiminləsə sərt danışmağınız istisna deyil.
Alış-verişdə bədxərclik etməyin.
Xərçəng - intuisiyanıza həddən artıq güvənməyin. Real biliklər və təcrübəni heç bir halda "altıncı hiss" əvəzləyə bilməz. Tapşırıq, yaxud sifarişi yerinə yetirmək üçün mühüm informasiyanın çatışmazlığını hiss edirsinizsə, həmin məlumatı arayın. Çalışdığınız kollektivdəki situasiyanı izləyin.
Günün ikinci yarısında maliyyə məsələlərində tələsik qərar verməyin. Kredit götürməzdən bütün nüansları araşdırın.
Axşam saatlarında normal istirahət edin.
Şir - günün ikinci yarısında öhdəlikləri asanlıqla yerinə yetirərək məqsədə çata bilərsiniz. İnnovasiyalardan istifadə edin. Önəmli məsələlərin həlli üçün əlverişli zamandır. Faydalı əlaqələri inkişaf etdirin.
Günün ikinci yarısında maddi rifahınızın asılı olduğu insanlarla təmasları aktivləşdirin. İşgüzar təmaslarda passivlik nümayiş etdirməyin. Yazışmalarda diqqətli olun. Tərəfdaşlarla problemləri müzakirə edin. Qarşı tərəfə sayğı nümayiş etdirin.
Qız - mənasız vurnuxma və səbəbsiz tələskənliyə heç bir ehtiyac yoxdur. İşləri ahəstə şəkildə, aramla görün. Diqqətsizlik sonradan önəmli məsələnin sonucuna çox pis təsir edə biləcək absurd, ağır səhvə səbəb ola bilər.
Günün ikinci yarısında olayları diqqətlə izləyin. Dəyər verdiyiniz insanların səhhəti ilə maraqlanın. Dostlarla əlaqə saxlayın. Axşam saatları əyləncəyə yollanmazdan əvvəl gedəcəyiniz yer barədə zəruri məlumatları əldə edin.
Tərəzi - fərdi maraqlarınızı kollektivin mənafeyinə qurban verməyin. Günün ilk yarısından işlərdə aktiv olun. Müəyyən məsələlərdə gecikmələr, təxirəslamalar istisna deyil. İşdə həmkarlarınızla mənasız münaqişələrə yol verməmək üçün tapşırıqları təkbaşına yerinə yetirin.
Günün ikinci yarısında yaxın ətrafınızla təmasları minimuma endirin. Peşəkar fəaliyyət sahəsindəki bilikləri artırın. İmkan yaranarsa, vəziyyətin təfərrüatları barədə bilgilənin. Heç bir rəqib sizi qəflətən haqlamamalıdır.
Əqrəb - günün ilk yarısında ən önəmli məsələlər ailə və evlə bağlıdır. Yaxınlarınızın problemlərinin həllində aktiv iştirak edin. Fərdi məlumatların qorunmasına və konfidensiallığın təminatına xüsusi diqqət yetirin.
Günün ikinci yarısında elektron poçtunuzun parolunu dəyişin. İşdə həmkarlarla, fəaliyyətinizdə önəmli insanlarla təmasların qorunmasına, saxlanmasına xüsusi fikir verin.
Ciddi rəqiblə üzləşmə ehtimalı yaranarsa, zəruri arqumentlərə yiyələnin. Davranış modelində düzəlişlər etmək olar.
Oxatan - uzunmüddətli planın həyata keçirilməsinə başlamaq üçün əlverişli zamandır. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətinizdə diqqətli olun. Dəyər verdiyiniz insanın qəlbinə toxunası hərəkətlər etməyin.
Günün ikinci yarısında yeni tanışlarla bağlı gözləntiləriniz çox olmamalıdır. Yalnız özünüzə, biliyinizə, təcrübənizə güvənin. Faydalı təmasların sayını artırın. Nüfuzlu insanın himayəsinə və dəstəyinə zərurət yarana bilər.
Oğlaq - yeni və genişmiqyaslı işlərə başlamayın. Hazırda məşğul olduğunuz işləri yarımçıq qoymayın, onları tamamlayın. Alış-verişdə çox pul xərcləməyin. Böyük məsrəfləri ertələyin.
Günün ikinci yarısında önəmli danışıqları yad gözlərdən və bədxahların qulaqlarından uzaq ortamda aparın. Tələskənliyə qapılmayın. Həmsöhbətinizlə sayğılı davranın. Danışmaqla yanaşı, sizə deyilənlərə diqqətlə qulaq asın.
Dolça - aşkar həll variantları və asan yollardan imtina etməyin. Bu gün məqsədə məhz onların vasitəsilə çata bilərsiniz. Ənənəvi metodlardan yararlanmaqla, təbii ki, novator olmayacaqsınız, amma can atdığınıza çatacaqsınız. Ətrafınızdakı mühit gərginləşsə də, soyuqqanlı və təmkinli olun.
Məkrli bədxahların təxribatlarına uymayın. İşlə bağlı məsələləri telefon danışıqları və ya yazışma ilə yox, bilavasitə görüşdə müzakirə edin. Günün ikinci yarısı faydalı məlumatlar vəd edir.
Balıqlar - günün ilk yarısında həddən artıq aktiv olmayın. Bir qədər aramla çalışın. Cari işlərin müəyyən qismini ertələmək gərəkdir. Diqqəti əsas məqsədə yönəldin. Dostlar və tərəfdaşlarla birgə fəaliyyətdə xeyir var. Eqoist olmayın.
Günün ikinci yarısında yaxın perspektivlə bağlı planlarda bəlli dəyişikliklər etmək gərəkdir. Yaxın ətrafınızdakı insanlarla təmaslarda quru rəsmiyyət və ciddiyyətin səviyyəsini artırmayın. Səmimi, qayğıkeş insan olun. Yeni dostlarla tanış ola bilərsiniz.
Milli.Az
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib
"Heç kimin bostanına daş atmamışam" - Aparıcı Vüsalə Əlizadə verilişinin bağlanmasına reaksiya
Türkiyə ordusunda FETÖ-yə qarşı əməliyyat: 22 nəfər saxlanılıb
Naxçıvanda mediaya nəzarət aparat rəhbərinə tapşırılıb: "Ora ilə bağlı hər hansı bir sual olmamalıdır”
"TikTokda" paylaşımlar edən daha bir nəfər həbs olunub
Azərbaycan nefti 7 dollar qalxdı - Neftimiz 80 dollara satılır
İsrail Ordusu Beyrutda telekanal binasını vurub
İrandan Hörmüzlə bağlı xəbərdarlıq: "Boğazdan keçməyə can atan gəmilər və neft kəmərləri məhv ediləcək"
ABŞ hərbçiləri Pakistanda etirazçıları atəşə tutub